...

Ali Hərbi Təyyarəçilik və Dənizçilik məktəbləri xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısından çıxarıldı

Siyasət Materials 7 Sentyabr 2016 17:56 (UTC +04:00)
Prezident İlham Əliyev “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Ali Hərbi Təyyarəçilik və Dənizçilik məktəbləri xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısından çıxarıldı

Bakı. Trend:

Prezident İlham Əliyev “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli fərmanını “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sistemində olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 24 dekabr tarixli 1654 nömrəli sərəncamına uyğunlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 1.4-cü və 1.5-ci bəndləri ləğv edilsin.

Qeyd edək ki, siyahının 1.4 və 1.5-ci bəndlərində müvafiq olaraq Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi yer alırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti