Bakı. Trend:
Almaniya parlamentinin nümayəndə heyəti Alman Bundestaqının Beynəlxalq Parlament təqaüdü proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçmək məqsədilə 4-5 oktyabr tarixlərində Bakıya səfər edəcək.
Bu barədə Trend-ə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Alman nümayəndə heyətinə Bundestaqın deputatı cənab Aleksandr Ulrix rəhbərlik edəcək. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirəcək.