...

Roma Papasından Qafqazda barışıq və sülh üçün dua etmək xahiş edildi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 Oktyabr 2016 12:14 (UTC +04:00)
Azərbaycan Apostol Prefekturasının bütün möminləri, keşişləri, rahib və rahibələri adından Roma Papasına Azərbaycana səfər etdiyinə görə təşəkkür edilib.
Roma Papasından Qafqazda barışıq və sülh üçün dua etmək xahiş edildi (ƏLAVƏ OLUNUB)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Apostol Prefekturasının bütün möminləri, keşişləri, rahib və rahibələri adından Roma Papasına Azərbaycana səfər etdiyinə görə təşəkkür edilib.

Trend-in məlumatına görə, təşəkkürü Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete oxuyub:

Təşəkkürdə deyilir: “Hörmətli Fransisk ata! On dörd il bundan əvvəl, bizlərdən bəziləri bu şəhərdə sələfiniz olan II Yoan Paveli görə bilmək üçün lütf almışdıq. Bu hadisə həqiqətən bir möcüzə idi və biz indiyə qədər də, bu səfərdən mənəvi bəhrələrimizi alırıq.

Bu gün Papa yenidən bizim aramızdadır. O, yoxsul və tərk olunmuş insanlara qarşı xüsusi sevgisinə görə sevilir və hörmət qazanmışdır.
Fransisk ata, siz ayrı-seçkilik, təcrid və yoxsulluq kimi sözlərin mənasını çox yaxşı başa düşürsünüz. Eyni ilə, siz, bütün dünyaya izah etməyə çalışırsız ki, bu sözlərin reallığını, yeni sözlərlə, yəni mərhəmət, xeyirxahlıq, tolerantlıq və məhəbbət kəliməsinin bütün digər sinonimlərinin reallıqları ilə necə əvəz etmək mümkündür. Bizim üçün çox əhəmiyyətlidir ki, sizin səfəriniz məhz Mərhəmət Yubiley ili ərzində baş tutur...

Biz Azərbaycan Apostol Prefekturasının bütün möminləri, keşişləri, rahib və rahibələri adından aramızda olduğunuz üçün, möizə zamanı təşviqi sözləriniz üçün və öz həyatını tamamilə Allahın Padşahlığına həsr edərək bizə nümunə olduğunuz üçün Sizə dərin minnətdarlığımızı və sevincimizi bildiririk! Sizdən xahiş edirik ki, bizimlə birlikdə Qafqazda barışıq və sülh üçün dua etməyə davam edəsiniz”.

Roma papası təşəkkürə görə minnətdarlığını bildirib və onlara insanlara xidmət etmək üçün həyata keçirdiyi işləri davam etdirməyi tövsiyyə edib.

Artıq Bakıdakı Katolik kilsəsində Roma Papası Fransiskin iştirakı ilə keçirilən dini mərasim başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti