...

Deputat: Milli valyutanın üzərində ümummilli lider Heydər Əliyevin şəkli olmalıdır

Siyasət Materials 14 Oktyabr 2016 14:44 (UTC +04:00)
“Azərbaycan milli valyutasının üzərində ümummilli lider Heydər Əliyevin şəkli olmalıdır”.
Deputat: Milli valyutanın üzərində ümummilli lider Heydər Əliyevin şəkli olmalıdır

Bakı. Elçin Mehdiyev - Trend:

“Azərbaycan milli valyutasının üzərində ümummilli lider Heydər Əliyevin şəkli olmalıdır”.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edib.

S.Novruzov bildirib ki, bir çox ölkələrdə, o cümlədən Türkiyədə bu var: “İngiltərə kraliçalarının hər birinin adına pul var və Avstraliyadan Yeni Zelandiyaya qədər işləyir. Mən razı deyiləm ki, Heydər Əliyevin şəklini kimsə maşınının üzərinə vursun. Amma kimsə sinəsində, ürəyinin başında gəzdirmək istəyirsə, ona heç kim qadağa qoya bilməz. Ümummilli liderin adı hər yerdə olmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti