...

Elmar Məmmədyarov maldivli həmkarı ilə beynəlxalq təşkilatlarda əməkdaşlığı müzakirə edib

Siyasət Materials 18 Oktyabr 2016 14:31 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri şurasının 43-cü iclasında iştirak etmək məqsədilə Daşkənddə işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Maldiv Respublikasının xarici işlər naziri Məhəmməd Asim ilə görüşüb.
Elmar Məmmədyarov maldivli həmkarı ilə beynəlxalq təşkilatlarda əməkdaşlığı müzakirə edib

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri şurasının 43-cü iclasında iştirak etmək məqsədilə Daşkənddə işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Maldivin xarici işlər naziri Məhəmməd Asim ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Maldiv arasında siyasi, iqtisadi və turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığa toxunan tərəflər seçkili orqanlarda namizədliklərin dəstəklənməsinə dair fikir mübadiləsi aparıblar.

Görüşdə tərəf müqabilləri eləcə də İƏT-in xarici işlər nazirləri şurasının gündəliyi və qarşılıqlı maraq doğuran regional məsələlər barədə söhbət aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti