...

Azərbaycan və Anqola arasında münasibətlərin inkişaf perspektivləri müzakirə edilib (FOTO)

Siyasət Materials 20 Oktyabr 2016 16:43 (UTC +04:00)
17-18 oktyabrda səfir Elxan Poluxov Anqola Respublikasına səfəri çərçivəsində Anqolanın iqtisadiyyat, ali təhsil və gənclər və idman nazirləri ilə görüşlər keçirib.
Azərbaycan və Anqola arasında münasibətlərin inkişaf perspektivləri müzakirə edilib  (FOTO)

Bakı. Trend:

17-18 oktyabrda səfir Elxan Poluxov Anqola Respublikasına səfəri çərçivəsində Anqolanın iqtisadiyyat, ali təhsil və gənclər və idman nazirləri ilə görüşlər keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Anqolanın gənclər və idman naziri Qonsalvis Muandumba ilə görüşdə səfir E.Poluxov Azərbaycan hökuməti tərəfindən idman sahəsinə göstərilən xüsusi diqqət və qayğının nəticəsində ölkəmizin genişmiqyaslı idman oyunlarının yüksək səviyyədə təşkil edildiyi bir məkana çevrildiyini bildirərək, Azərbaycanın I Avropa Oyunları, Formula-1, Ümumdünya Şahmat Olimpiadası kimi mötəbər idman tədbirlərinə ev sahibliyi etdiyini vurğulayıb. Həmçinin səfir ölkədə tikilən Olimpiya-idman mərkəzlərinin gənc nəslin sağlam formalaşmasında rolundan bəhs edib.

İqtisadiyyat naziri Abraho Piu dos Santos Qurjellə görüş zamanı isə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uğurlu iqtisadi inkişaf strategiyası barəsində danışan səfir E.Poluxov həyata keçirilmiş və gündəlikdə olan qlobal və regional əhəmiyyətli enerji və infrastruktur layihələrini qeyd edib. Azərbaycan hökuməti tərəfindən qeyri-neft sektorunun inkişafına xüsusi önəm verildiyini bildirən səfir bu xüsusda kosmik sənayenin yaradılması istiqamətində görülən işlərdən və Afrika regionunu da əhatə edən Azərbaycanın ilk milli peyki “Azerspace-1” barəsində məlumat verib. Həmçinin “Made in Azerbaijan” brendinin təbliğinin iqtisadi siyasətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, qida məhsullarının ixraci sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu əlavə edib.

Ali təhsil naziri Ado do Nasimentu ilə görüş zamanı səfir E.Poluxov Azərbaycanın təhsil ocaqları barəsində söz açaraq, tələbə-müəllim mübadiləsi, təqaüd proqramları barəsində məlumat verib. Azərbaycan və Anqola arasında təhsil sahəsində əməkdaşlığın dərin köklərə malim olduğunu bildirən səfir hazırda Anqola hökumətində təmsil olunan bir sıra nazirlərin, ö cümlədən Prezident Joze Eduardo dos Santosun Azərbaycan Neft Akademiyasının məzunu olduğunu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti