...

Elxan Poluxov və Lətif Qəndilov səfir vəzifəsindən geri çağırıldılar (YENİLƏNİB)

Siyasət Materials 27 Oktyabr 2016 18:26 (UTC +04:00)
Dövlət başçısının digər sərəncamı ilə Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında və eyni zamanda Monqolustanda, Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Elxan Poluxov və Lətif Qəndilov səfir vəzifəsindən geri çağırıldılar (YENİLƏNİB)

Bakı. Trend:

Prezident İlham Əliyev Elxan Polux oğlu Poluxovun Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında və eyni zamanda Anqola Respublikasında, Zimbabve Respublikasında, Mozambik Respublikasında, Svazilend Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında və eyni zamanda Monqolustanda, Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti