...

Azərbaycan və Pakistan hərbi əməkdaşlıq planı imzaladılar

Siyasət Materials 3 Noyabr 2016 17:06 (UTC +04:00)
Azərbaycanla Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
Azərbaycan və Pakistan hərbi əməkdaşlıq planı imzaladılar

Bakı. Trend:

Azərbaycanla Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin nümayəndə heyəti Azərbaycan-Pakistan İşçi Qrupunun 7-ci görüşündə iştirak etmək məqsədilə Pakistan İslam Respublikasına səfər edib.

Görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivləri, eləcə də görüləcək birgə tədbirlər nəzərdən keçirilib.

Tədbirin yekununda Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikasının Birləşmiş Qərargahı arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Qeyd edək ki, yüksək rütbəli heyətlərinin iştirakı ilə İşçi Qrupunun görüşü hər il növbəli qaydada Azərbaycanda və Pakistanda keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti