...

Novruz Məmmədov: ABŞ-da prezident seçkilərinin nəticələri Ermənistan üçün sürpriz oldu

Siyasət Materials 10 Noyabr 2016 11:10 (UTC +04:00)
"ABŞ-dakı prezident seçkilərinin nəticələri Ermənistan və dostları üçün daha bir sürprizə çevrildi".
Novruz Məmmədov: ABŞ-da prezident seçkilərinin nəticələri Ermənistan üçün sürpriz oldu

Bakı. Trend:

"ABŞ-dakı prezident seçkilərinin nəticələri Ermənistan və dostları üçün daha bir sürprizə çevrildi".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Bob Dold, Mark Körk və başqa ermənipərəst konqresmenlər seçkilərdən kənarda qaldılar. "Azərbaycanda Demokratiya" adlı bədnam aktın həmmüəlliflərindən olan Cozef Hek də seçkini uduzanlar sırasındadır".

Xatırladaq ki, Donald Tramp noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlib. Yeni seçilmiş prezident yanvarın 20-də inauqurasiyadan sonra vəzifəsinin icrasına başlayacaq. Demokratların namizədi Hillari Klinton isə seçicilərin yetərincə səsini toplaya bilməyərək öz məğlubiyyətini etiraf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti