Prezident İlham Əliyev: BMT TŞ-nin qətnamələrinin icra olunması üçün mexanizm hazırlamaq lazımdır

Prezident İlham Əliyev: BMT TŞ-nin qətnamələrinin icra olunması üçün mexanizm hazırlamaq lazımdır

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmlərinin hazırlanması üçün tədbirlər görmək lazımdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxışında deyib.

İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra uzun illər boyunca qarşılaşdığı problemlərdən biri tarixi və qanuni ərazilərinin Ermənistan tərəfindən işğal olunmasıdır.

Azərbaycan Prezidenti deyib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir, “Qarabağ” sözü isə Azərbaycan mənşəlidir: “Bundan başqa, təkcə sovet dövründə Azərbaycanın muxtar vilayəti olmuş Dağlıq Qarabağ deyil, ölkənin digər yeddi rayonu da Ermənistan işğalı altındadır. İşğal 20 ildən artıqdır ki, davam edir və bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Xalqımız Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalıb və bu gün Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi erməni işğalı altındadır”.

Prezident bildirib ki, bütün aparıcı beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı düzgün qərarlar və qətnamələr qəbul edib: “O cümlədən BMT Təhlükəsizlik Şurası 1990-cı illərin əvvəllərində erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin bu qətnamələr icra olunmur. Ermənistan bu qətnamələrə və beynəlxalq ictimaiyyətin qərarlarına sadəcə əhəmiyyət vermir. Çox ciddi müzakirələr aparmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmlərinin hazırlanması üçün tədbirlər görmək lazımdır”.

Dövlət başçısı əlavə edib ki, siyasi nöqteyi-nəzərdən qətnamələrin icra olunması üçün vahid metodlar olmalıdır: “Bəzi hallarda görürük ki, BMT qətnamələri bir neçə gün ərzində icra olunur, bizimlə bağlı isə 20 ildən çox vaxt keçib. Bu qəbuledilməzdir, bu, Azərbaycana münasibətdə ikili standartların təzahürüdür. Biz bu işğala son qoymalıyıq”.

İlham Əliyev qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Qoşulmama Hərəkatı kimi digər beynəlxalq təşkilatlar hələ də kağız üzərində qalmış analoji qərar və qətnamələr qəbul ediblər: “Bizim bütün tarixi abidələrimiz, məscidlər, qəbirlər ermənilər tərəfindən dağıdılıb. ATƏT işğal olunmuş ərazilərə iki dəfə missiya göndərərək bu faktları üzə çıxarıb. ATƏT-in hesabatları da bunu təsdiq edir. Lakin Bakıda dövlət mühafizəsi altında olan və bərpa olunmuş erməni kilsəsini ziyarət etmək olar. İşğal olunmuş Dağlıq Qarabağda və digər rayonlarda isə bizim bütün məscidlərimiz Ermənistan tərəfindən dağıdılıb”.

Dövlətimizin başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda həll olunmalıdır və bu nizamlanma Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquq normalarına əsaslanmalıdır: “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi böyük dəyərə malikdir. Biz həmişə eşidirik ki, postsovet məkanındakı münaqişələr ölkələrin ərazi bütövlüyü əsasında həll olunmalıdır. Bu həm də Azərbaycana qarşı tətbiq olunmalıdır”.

Azərbaycan Prezidenti təəssüflə bildirib ki, müasir dünyaya beynəlxalq hüquq dəfələrlə pozulur və təcavüzkarı təcavüzü dayandırmağa məcbur edən heç bir siyasi mexanizm mövcud deyil.

Unibank biznes sahiblərinə daha bir onlayn məhsul təqdim edib
Unibank biznes sahiblərinə daha bir onlayn məhsul təqdim edib
Sentyabrın 23-də xarici valyutaların manata qarşı məzənnələri
Sentyabrın 23-də xarici valyutaların manata qarşı məzənnələri
Bakının 20 çimərliyində beynəlxalq ekoloji aksiya keçirilib (FOTO)
Bakının 20 çimərliyində beynəlxalq ekoloji aksiya keçirilib (FOTO)
Loading Bars
Xəbər lenti
“SOCAR Enerqoresurs” və Tümen vilayəti arasında saziş imzalanıb
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
BMT Tribunasından səslənən Azərbaycanda siyasi dialoq faktı
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib (VİDEO)
Liviyada hərbi helikopter qəzaya uğrayıb
Lavrov: Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir
Azərbaycanda "İnnovasiyalar həftəsi" keçiriləcək
"Tesla" yeni elektromobil akkumulyatorları təqdim edib
Azərbaycanda qızıl və gümüş ucuzlaşır
Hindistanda koronavirusdan ölənlərin sayı 90 mini keçib
Beynəlxalq təşkilatın Azərbaycanda həyata keçirdiyi yoxlamanın nəticələri açıqlandı (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar
Müdafiə Nazirliyi deputatın fikirlərinə cavab verdi
Valideyn himayəsindən məhrum olma uşağın övladlığa verilməsi hüququnu yaratmır - Departament rəhbəri
İsmail Serageldin: BMT Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün bütün imkanlardan istifadə etməlidir
Gələn ildən övladlığa uşaq götürənlərə müavinətlər verilə bilər - RƏSMİ
Bakıda zibillikdən 600 kiloqramdan artıq qəpik toplanıb
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
Müəllimlər ““AccessBank”a bir 5” deyəcək!
Lukaşenkonun andiçmə mərasimi keçirilib
Doğum və ölüm haqqında qeydiyyat elektron qaydada aparılacaq
İsrailli mer müavini: Azərbaycanda tolerantlıq yüksək qiymətləndirilir
Dövlət qulluğuna qəbul üçün müsabiqənin növbəti mərhələlərinin keçiriləcəyi tarixlər açıqlandı
Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib (FOTO/VİDEO)
AMEA saytının baş redaktoru yeni vəzifəyə təyin edildi
Rusiyaya getmək istəyən ermənilər aclığa başlayıb
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan olunub
“Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” davam edir (FOTO)
Azərbaycan nefti bahalaşıb
XİN-in həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxıldı
Avropa Parlamentinin üzvü: Dağlıq Qarabağ münaqişəsi BMT TŞ-nın qətnamələrinə, ATƏT-in Helsinki Yekun Aktına uyğun şəkildə həllini tapmalıdır (ÖZƏL)
Rusiyada ötən gün 6 431 yeni yoluxma qeydə alınıb
Kiyevdə Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunan tədbir keçirilib (FOTO)
Medianews.az saytının 8 yaşı tamam olur
Pakistanlı ekspert: Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi altında daha mütərəqqi təşkilata çevrilir
Erməni deputat: Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini dalana dirəyib
Sahibə Qafarovanın Sergey Lavrovla görüşü başlayıb (FOTO)
Unibank biznes sahiblərinə daha bir onlayn məhsul təqdim edib
Ermənistanda koronavirusdan ölənlərin sayı 942 nəfərə çatıb
Bakıda havaya və evin pəncərəsinə atəş açan şəxs saxlanılıb
Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzidir (FOTO)
UNEC ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında Memorandum imzalanıb
Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi (FOTO)
Tarixçi: Ermənilər Azərbaycanın qədim alban və xristian abidələrini məhv edirlər
Naqif Həmzəyev partiya fəalları ilə görüşüb (FOTO)
Gələn ay əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanacaq
Zədələnmiş ön çarpaz bağının bərpası mütləqdirmi?
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik
Bakı Slavyan Universitetində növbəti elektron modullar istifadəyə verilib
Tovuzda 1 şəhər və 4 kəndi əhatə edən yolların yenidən qurulması yekunlaşır (FOTO)
Gürcüstandan Azərbaycana külli miqdarda siqaret keçirənlər saxlanıldı
Komitə xaricdə yaşayan azərbaycanlılara müraciət edib
İsveçrədə futbolçuları ildırım vurub
Milli Məclisin sədri: Ümid edirik ki, Rusiya münaqişənin həlli üçün əlindən gələni əsirgəməyəcək
Peşə təhsili ilə bağlı Apellyasiya Komissiyası yaradılıb
Azərbaycanla Ukrayna arasında uçuşlara bilet satışı başlayıb
Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb
Kolleclərə qəbul olmaq istəyənlər üçün keçid balları açıqlandı
Spiker: Suriya və Livan qaçqınlarının Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması narahatlıq doğurur
Bakıda "Qalaaltı" kafesində qətl törədən şəxsin işi məhkəməyə göndərildi
Sahibə Qafarova: "Kim faşizm uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür” ifadəsi çox təhlükəlidir (YENİLƏNİB) (FOTO)
Bakıda fəhlə evin üstündən yıxılıb öldü
Bacısını öldürən şəxs barədə həbs qərarı verildi
Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür
Qubada atasını xüsusi amansızlıqla öldürən yeniyetmənin məhkəməsi başlayır
Sabunçuda qazanxana yanıb
Milli Parkda elektrik cərəyanı ilə balıq ovlayan şəxs saxlanılıb
Yeni Peşə Təhsil Mərkəzi gələcəkdə iş probleminizi həll edəcək
Sumqayıtın bəzi yerləri susuz qalacaq
Eko-Radar bölməsinə daxil olan şikayət araşdırılıb
Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb
Sentyabrın 23-də xarici valyutaların manata qarşı məzənnələri
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
ÜST: Uşaqlarda koronavirusa yoluxma göstəricisi ümumi yoluxmanın 8.5 %-ni təşkil edir
Qazaxıstanda koronavirusa yoluxanların sayı 107 450 nəfərə çatıb
Qazaxıstanlı politoloq: Bakı mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumu Qafqaz üçün vacib təşəbbüsdür
Şabranda e.ə. IV minilliyə aid olan yeni tapıntılar aşkarlanıb (FOTO)
Bakıda ikimərtəbəli binada yanğın olub
Braziliyada bir gündə koronavirusa 33 mindən çox insan yoluxub
Azərbaycanın Rusiyadakı Səfirliyi Dağıstanda saxlanılan vətəndaşlarımızın hüquqlarının qorunması üçün bütün mümkün addımları atır
Volodin Moskvada Sahibə Qafarova ilə danışıqlar aparacaq
Yaponiya oktyabr ayında xaricilər üçün ölkəyə girişi qismən açmaq niyyətindədir
ABŞ vitse-prezidentinin təyyarəsi quşla toqquşmadan sonra hava limanına dönüb
İsraildə koronavirusa yoluxanların sayı 200 minə çatır
ABŞ Senatının Komitəsi Deytonun Ukrayndakı səfir vəzifəsinə namizədliyini təsdiqlədi
Moskvanın hava limanlarında 33 aviareys ləğv edilib və ya təxirə salınıb
Moskvada koronavirusdan daha 16 nəfər ölüb
Şəmkirdə 2 ədəd top mərmisi aşkarlanıb (FOTO)
"Zoom"un işində qüsurlar yaranıb
Ərdoğan koronavirusa qarşı peyvəndin hazırlanmasındakı rəqabətdən imtina etməyə çağırdı
Ermənistan hərbi əməliyyatlara başlasa, nəticə necə olacaq? - Rusiyalı siyasi texnoloqun proqnozu
ABŞ-da koronavirusdan ölənlərin sayı 200 min nəfəri ötdü
Keçmiş səfir: Azərbaycan Qoşulmama Hərəkatının işğalçılıqla mübarizəsini yerinə yetirir
Ekspert: Məktəblərdə yoluxma statistikası artarsa, qabaqlayıcı tədbirlər görülməlidir
BMT üçün Azərbaycan önəmli ölkələrdən biridir – “Hədəf”də TƏHLİL
Təhsil Nazirliyi: Bu gün 10 şagirddə koronavirus aşkarlanıb
Türkiyədə koronavirusdan sağalanların sayı 270 min nəfərə çatır
Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib
Xəzər dənizindən keçən yeni nəqliyyat dəhlizləri “Orta Dəhliz”in rolunu gücləndirir
Mingəçevir Dövlət Universitetində yeni tədris ilində görüləcək işlər müzakirə olunub
Bütün xəbərlər