XİN: Sarkisyan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, qoşunlarını işğal olunmuş ərazilərdən çıxarsın

XİN: Sarkisyan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, qoşunlarını işğal olunmuş ərazilərdən çıxarsın

Bakı. Trend:

Ermənistan prezidenti həqiqətən Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırsa, onda ilk addım kimi öz qoşunlarını işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarmalıdır.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu yaxınlarda Ermənistan prezidenti Serj Sarkisyanın “Sputnik” informasiya agentliyinə müsahibəsini şərh edərkən deyib.

H.Hacıyev bildirib ki, müsahibədə Ermənistan prezidenti yenə də öz mahiyyətini ortaya qoyub, iddialarla və şikayətlərlə çıxış edib: "ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarında Helsinki Yekun Aktına uyğun olaraq münaqişənin həllinin əsasını təşkil edən prinsiplər öz əksini tapıb. Bu prinsiplərə güc tətbiq etməmək və ya güc tətbiq edərək hədələməmək, dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə daxildir. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini, o cümlədən ölkəmizin ərazi bütövlüyünə qarşı güc tətbiqetmə və ya güclə hədələmə, gücdən istifadə etməklə ərazilərin ilhaqı və əhalinin zorla öz doğma yurdlarından qovulması kimi beynəlxalq hüquqa zidd hərəkətlərini ört-basdır etmək məqsədilə bu prinsipləri təhrif edir, onların tətbiqində selektiv yanaşmaya və ikili standartlara yol verməyə çalışır".

XİN rəsmisi əlavə edib ki, 1975-ci il Helsinki Yekun Aktında ilk növbədə bir dövlətin digər dövlətin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinməsi kimi öhdəliyinin olduğu qeyd edilir: "Eləcə də dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri bir daha təsdiq olunaraq güc vasitəsilə ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır. Bununla bərabər, dövlətlərin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı gücdən istifadə nəticəsində yaranmış vəziyyətin hüquqi qəbul edilməməsinə dair dövlətlərin öhdəliyi var. Güc tətbiq etmək və ya güc tətbiq edərək hədələmək prinsipindən çox danışan Ermənistan tərəfi anlamalıdır ki, bu prinsipdən irəli gələn şərtlərin icra edilməsi məsuliyyəti də bilavasitə Ermənistana aiddir. Hərbi güc tətbiq edərək Azərbaycanın ərazilərini işğal edən tərəf Ermənistandır. Azərbaycanın işğal edilmiş ərazilərində çoxsaylı hərbi kontingent saxlayaraq hədə doğuran tərəf də məhz Ermənistandır. Ermənistanın qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmayana qədər Ermənistan Azərbaycana qarşı güc tətbiq etmək və güc tətbiq edərək hədələmək kimi qeyri-qanuni fəaliyyətini həyata keçirir".

O qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı güc tətbiq edərək onun ərazilərinin işğalını və törədilmiş etnik təmizləmənin nəticələrini “öz müqəddəratını təyinetmə” kimi təqdim etmək cəhdləri göstərir: "Bu, sadəcə olaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini və ölkəmizin ərazilərinin ilhaqını pərdələmək cəhdindən başqa bir şey deyil. Xalqların öz müqəddəratını təyin etməsi hüququnun ifadəsi hər hansı dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı fəaliyyətin həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz. Helsinki Yekun Aktının 8-ci bəndində deyilir: “İştirakçı dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etmək hüququna hörmət edərək, bütün hallarda BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və beynəlxalq hüququn müvafiq normalarına, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə fəaliyyət göstərəcəklər”.

H.Hacıyev deyib ki, Ermənistan BMT-yə, ATƏT-ə və digər beynəlxalq təşkilatlara üzv olarkən öz üzərinə digər dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək kimi öhdəlik götürüb: "Hər bir dövlət kimi, Ermənistanın da borcu və öhdəliyidir ki, digər dövlətlərin, o cümlədən qonşu Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşsın. Azərbaycanın ərazi bütövlüyünün yalnız bir anlayışı var və bu anlayış da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini nəzərdə tutur. Ölkəmizin ərazi bütövlüyü Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Ermənistan konstitusiyasına görə, ölkənin xarici siyasətini dövlət başçısı müəyyən edir və o, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını dediyi halda, digər şəxslər fərqli bəyanatlarla çıxış edirlər. Ermənistan prezidenti həqiqətən Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırsa, onda ilk addım kimi öz qoşunlarını işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarmalıdır. Ermənistan prezidentinin də şəxsən qatıldığı Sankt-Peterburq görüşündə müzakirə olunan təkliflər də bunu nəzərdə tutur".

XİN rəsmisi bildirib ki, indi Ermənistan tərəfi Sankt-Peterburq görüşündən irəli gələn məsələlərin həlli istiqamətində addımlar atmaq və qəbuledilməz hesab olunan status-kvonu dəyişmək əvəzinə, bəhanələrə əl atır, qəsdən insidentlərin araşdırılması kimi texniki məsələləri gündəliyə gətirməklə əsas hədəfdən yayınmağa cəhd göstərir:

"Nəzərə almaq lazımdır ki, münaqişənin həlli prosesində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri kimi vacib sənədlər var. Bu qətnamələr də ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək Azərbaycana qarşı gücdən istifadə olunmasını və onun torpaqlarının işğal edilməsini pisləyib. Bu qətnamələrdə Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha ifadə edib və Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib, işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Bu qətnamələr, eləcə də beynəlxalq humanitar hüququn pozulması hallarını, Azərbaycanda böyük sayda mülki əhalinin zorakılıqla qovulmasını, mülki əhaliyə qarşı hücumları və onun ərazisinin bombardman edilməsini xüsusilə vurğulayıb. Ermənistan bu qətnamələrin tələblərini hələ də yerinə yetirməyib".

H.Hacıyev qeyd edib ki, Ermənistan dövlətinin başçısının Dağlıq Qarabağın “müstəqil olmasını və ya Ermənistana birləşdirilməsi”ni görməyi arzulaması və hələ bundan bir qədər əvvəl “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” deməsi beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, Helsinki Yekun Aktına, digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrinə köklü şəkildə ziddir: "Bu, bir daha sübut edir ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqı siyasətini yürüdür və Ermənistan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında danışıqlar yolu ilə həllinin tərəfdarı deyil, bu ölkənin danışıqlarda iştirakı imitasiya məqsədi daşıyır".

Bakıda birmərtəbəli ev yanıb
Bakıda birmərtəbəli ev yanıb
Sumqayıtda yanğın olub, 1 nəfər zəhərlənib
Sumqayıtda yanğın olub, 1 nəfər zəhərlənib
Abşeronda evdə yanğın baş verib
Abşeronda evdə yanğın baş verib
Loading Bars
Xəbər lenti
Müdafiə Nazirliyi döyüşlərdən video yaydı
Ukrayna XİN Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsi ilə bağlı bəyanat yayıb
Azərbaycanda 128 nəfər koronavirusa yoluxdu, 132 nəfər sağaldı
Ərdoğan: Bütün dünyanı zülmə və ədalətsizliyə qarşı mübarizə aparan Azərbaycanın yanında yer almağa çağırıram
Roma papası Qafqazda sülhə çağırdı
Prezident İlham Əliyev: Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza hər an dəstək verməyə hazırdırlar
Bu gün Milli Məclisin iclası çağırılıb
İranda daha 195 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti onun faşist mahiyyətini bütün dünyaya göstərir
Zakir Həsənov: Düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub
Milli Televiziya və Radio Şurası bəyanat yaydı
Avropa İttifaqı Şurasının rəhbəri Dağlıq Qarabağda atəşi dayandırmağa çağırdı
Rusiyalı analitik: Azərbaycanın dinc əhalisinə raket-artilleriya zərbəsi Ermənistanın aşkar nasist rejiminin qanunauyğun mahiyyətidir
Hikmət Hacıyev: Ermənilər sosial şəbəkələrdə köhnəi dövrə aid kadrlar yayır
Baş Prokurorluq: Mülki əhalidən 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib
Politoloq: Ermənistanın Azərbaycanın mülki əhalisini hədəfə alması onun mənfur siyasətinin nümunəsidir
ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağda əməliyyatları dayandırmağa çağırıb
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng etdi
KTMT işğal olunmuş Qarabağda döyüşlərlə bağlı bəyanat yayıb
Çavuşoğlu və Lavrov Ermənistanla Azərbaycan arasındakı gərginliyi müzakirə edib
Hikmət Hacıyev: Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
Zaxarova: Lavrov Dağlıq Qarabağda vəziyyətlə əlaqədar intensiv əlaqələr yaradır
Müdafiə Nazirliyi işğaldan azad edilən kəndlərin adını açıqladı
Bir sıra ərazilər düşməndən azad edilib - Hikmət Hacıyev AÇIQLADI
Hikmət Hacıyev: Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib və bu, Ermənistanı qorxuya salır
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib (FOTO)
Ermənistanın yeni rəhbərliyi diplomatik müstəvidə təxribatlara əl ataraq danışıqlar prosesinə son qoyub - Fərid Şəfiyev
Deputat: Torpaqlarımızı tam olaraq işğaldan azad edəcəyik
Prezident İlham Əliyev: Bu gün regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasətidir
Səfir: Türkiyə Azərbaycanın hər zaman yanında oldu və olmağa davam edəcək
Prezident İlham Əliyev: Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir
YAP cəbhə boyu erməni hərbi təxribatları ilə əlaqədar bəyanat yayıb
Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb
Hulusi Akar: Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə sona qədər azərbaycanlı qardaşlarımızın yanındayıq
Prezident İlham Əliyev: Bu cinayətə görə Ermənistan cavab verəcəkdir
Vətəndaşlarımız döyüşmək üçün müraciət edir - Səfərbərlik Xidməti
Ermənistan daha 10 hərbiçisinin öldüyünü açıqlayıb
Prezident İlham Əliyev: BMT kürsüsündən də demişdim ki, yeni müharibəyə hazırlaşan Ermənistan dayandırılmalıdır və dayandırılacaq
Türkiyə parlamentinin sədri: Ermənistan bölgədə sülhə təhlükə yaradan islaholunmaz terror dövlətidir
Deputat: Cəbhədə gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür
QHT-lər ABŞ, Rusiya və Fransa prezidentlərinə müraciət etdi
Litva və Latviya XİN rəhbərləri Ermənistanın Qarabağda irimiqyaslı təxribatı ilə əlaqədar narahatlıqlarını ifadə edib
Prezident İlham Əliyev: Bizim işimiz haqq işidir, biz zəfər çalacağıq
Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik elan edilib
Prezident İlham Əliyev: Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq
Prezident İlham Əliyev: Ermənistan öz cəzasını alıb və alacaq
Anar Eyvazov: Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var
Ombudsman Ermənistan tərəfindən atəşkəs rejiminin növbəti dəfə kobud şəkildə pozulmasına etiraz olaraq bəyanat yayıb
Baş Prokurorluq düşmən atəşi nəticəsində yaralanan vətəndaşlarımızın bəzilərinin adlarını açıqladı -SİYAHI
Prezident İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır
Rusiya XİN Qarabağdakı döyüşlərlə bağlı bəyanat yaydı
MN: İşğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparılır
Prezident İlham Əliyev: Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir
Azərbaycan Prezidenti: Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur
Mətbuat Şurası kütləvi informasiya vasitələrinin təmsilçilərinə müraciət edib
İbrahim Kalın: Ankara Bakını dəstəkləyir və Ermənistanın Azərbaycandakı son hərəkətlərini qınayır
Dağlıq Qarabağın azərbaycanlı icması Ermənistanın sonuncu hücumları ilə bağlı bəyanat yaydı
Türkiyə XİN: Azərbaycan necə istəyirsə, dəstəyimiz də o cürə olacaq
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib (FOTO) (YENİLƏNİB)
Ermənistan ölən hərbiçilərin adlarını açıqlamağa başlayıb - SİYAHI
Türkiyə Prezidenti Administrasiyası: Bölgədə sabitliyin pozulmasına görə Ermənistan məsuliyyət daşıyır
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur
Ordumuza məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının vurulması yalandır - MN
Ordumuzun bir döyüş helikopteri zədələnib, helikopter öz ərazimizə endirilib - RƏSMİ
Nazirlik: Azərbaycanda internetin verilməsi məhdudlaşdırılıb
Gürcü ekspert: Ermənistan hakimiyyəti qırmızı xətti keçib
Bakıda birmərtəbəli ev yanıb
Qazaxıstanda koronavirusa daha 64 nəfər yoluxub
Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib
MN: Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
Hikmət Hacıyev: Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür
MN: Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır
Sumqayıtda yanğın olub, 1 nəfər zəhərlənib
ABŞ-ın Ayova ştatında atışma baş verib, ölən və yaralananlar var
MN: Ermənistan hərbi birləşmələri yaşayış məntəqələrimizi və mülki əhalini atəşə tutdu
Kolumbiyada atışma olub, ölənlər var
Ebeko vulkanı 3,8 km hündürlüyə tüstü püskürüb
Kanadada təyyarə qəzaya uğrayıb
"Çelsi"nin futbolçusu Kante "İnter"ə keçməyə razılıq verib
Moskvada koronavirusdan daha 18 nəfər ölüb
Azərbaycandan Türkiyəyə qaz ixracı əhəmiyyətli dərəcədə artıb
Rumıniyada yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək
Silahlılar Konqonun ikinci böyük şəhəri üzərində nəzarət yaratmağa çalışıblar
Suriyada partlayış baş verib, 7 nəfər ölüb
Türkiyədə koronavirusdan sağalanların sayı 274 min nəfəri ötüb
Ermənistanın işğalçılıq siyasəti, terrorizmə dəstəyi “Hədəf”də müzakirə olunub
İstanbulda meşə yanğını baş verib
Pakistanlı deputat: Ermənistanın etno-faşizmi regional stabilliyə təhlükə törədir
Kiçik Qızılağac körfəzinə balıq körpələri buraxılıb (FOTO/VİDEO)
Dünyanın ən "çirkin" təyyarəsinin adı açıqlanıb
Baş nazirin müavini cəbhə boyu yaşayış məntəqələrində olub
Kolumbiya prezidentinə qarşı sui-qəsd hazırlanır
Abşeronda evdə yanğın baş verib
"Təhsildə online platformalardan istifadə qaydalarının öyrədilməsi" layihəsi uğurla başa çatıb (FOTO)
Cüdo idman növü üzrə paralimpiya komandalarımız təlim-məşq toplantısında iştirak edir (FOTO)
Akif Qurbanov: Payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarına yoluxma arta bilər (VİDEO)
Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olunub
Deputat: Prezident İlham Əliyev BMT-də bir daha Ermənistanın işğalçılıq və müharibə planlarını ifşa etdi
Bütün xəbərlər