...

İlham Əliyev Mavritaniya Prezidentini təbrik edib

Siyasət Materials 26 Noyabr 2016 18:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Mavritaniya prezidenti Məhəmməd uld Əbdüləzizi təbrik edib
İlham Əliyev Mavritaniya Prezidentini təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Mavritaniya Prezidenti Məhəmməd uld Əbdüləzizi təbrik edib.

Trend-in məlumatına görə təbrikdə deyilir:

"Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti