...

Elmar Məmmədyarov Belçika və Almaniyaya səfər edəcək

Siyasət Materials 5 Dekabr 2016 12:43 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Belçika və Almaniyaya işgüzar səfər edəcək.
Elmar Məmmədyarov Belçika və Almaniyaya səfər edəcək

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Belçika və Almaniyaya işgüzar səfər edəcək.

XİN-dən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov dekabrın 7-də Brüsseldə keçiriləcək NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirləri toplantısı və 8-9 dekabr tarixlərində Hamburqda keçiriləcək ATƏT-in 23-cü nazirlər şurasının iclasında iştirak etmək üçün Belçika və Almaniyaya işgüzar səfər edəcək.

Sözügedən tədbirlərdə E.Məmmədyarovun çıxışları və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti