...

Azay Quliyev ATƏT PA-nın missiyasının rəhbəri qismində Makedoniyada seçkiləri izləyəcək

Siyasət Materials 5 Dekabr 2016 23:24 (UTC +04:00)
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev dekabrın 8-dən 13-dək Makedoniyanın Skopye şəhərində səfərdə olacaq
Azay Quliyev ATƏT PA-nın missiyasının rəhbəri qismində Makedoniyada seçkiləri izləyəcək

Bakı-Trend:

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev dekabrın 8-dən 13-dək Makedoniyanın Skopye şəhərində səfərdə olacaq. Trend-in Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, ATƏT PA-nın seçki müşahidə missiyasının rəhbəri qismində bu ölkədə keçiriləcək parlament seçkilərini izləyəcəkdir.

Deputatımız səfər çərçivəsində Makedoniyanın dövlət və hökumət rəsmiləri, seçkilərdə iştirak edən müxtəlif siyasi partiyaların nümayəndələri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, beynəlxalq təşkilatların seçkiqabağı vəziyyətlə bağlı hesabatları ilə tanış olacaqdır.

Dekabrın 11-də deputatımız seçki məntəqələrində səsvermənin gedişinə və seçicilərin fəallığına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcəkdir. Növbəti gün Azay Quliyev seçkilərin yekununa dair ATƏT PA-nın seçki müşahidə missiyasının rəyini mətbuata təqdim edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti