...

"Baku Network" Ekspert Şurasında 2016-cı ilin yekunları müzakirə edilib (VİDEO)

Siyasət Materials 26 Dekabr 2016 13:43 (UTC +04:00)
"Baku Network" Ekspert Şurasında 2016-cı ilin yekunlarına həsr edilmiş müzakirələr keçirilib.
"Baku Network" Ekspert Şurasında 2016-cı ilin yekunları müzakirə edilib (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

"Baku Network" Ekspert Şurasında 2016-cı ilin yekunlarına həsr edilmiş müzakirələr keçirilib.

Trend-in məlumatına görə, müzakirələrdə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov, Milli Məclisin deputatı Elman Nəsirov, “strategiya.az” saytının baş redaktoru İbrahim Əliyev, “Olaylar” media qrupunun rəhbəri Yunus Oğuz iştirak ediblər.

Müzakirələrdə qeyd olunub ki, 2016-cı ildə Azərbaycanın atdığı bir sıra mühüm addımlar ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirib. Vurğulanıb ki, 2016-cı ildə dünyada baş verən iqtisadi və siyasi böhran fonunda Azərbaycan öz inkişaf tempini qoruyub saxlaya bilib. 2016-cı ildə Azərbaycan bir sıra məsələlərdə ciddi nailiyyətlər əldə edib. Ölkəmiz bir sıra mühüm beynəlxalq forumlara və digər tədbirlərə, o cümlədən mötəbər idman yarışlarına ev sahibliyi edib. Bildirilib ki, 2016-cı ildə dünyada siyasi böhran baş verdiyi halda, Azərbaycan ölkə daxilində sabitliyi daha da gücləndirib. Eyni zamanda, ölkəmiz beynəlxalq terrorizmə qarşı mübarizəyə öz töhfəsini verib.

Qeyd olunub ki, 2016-cı il aprel hadisələri ilə də yadda qalıb. Aprel ayında təmas xəttində baş vermiş döyüşlərdə Azərbaycan sübut etdi ki, istənilən an işğal altında olan torpaqlarını geri qaytara bilər. Eyni zamanda, bu hadisələr xalqımızın vətənpərvərliyini, birliyini nümayiş etdirdi.

Bildirilib ki, 2016-cı il bütün sahələrdə Azərbaycan üçün uğurlu il olub və bu il ərzində atılan mühüm addımlar növbəti illərdə də öz müstəb nəticələrini göstərəcək.

http://bakunetwork.com

Bizi Facebook -dan, Twitter -dən və Youtube -dan izləyin

Məqalədə:
Xəbər lenti

Xəbər lenti