Bakı. Trend:
Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur.
Bunu Trend-ə açıqlamasında XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə məlumatlara münasibət bildirərkən deyib.
XİN rəsmisi bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib: "Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur".