...

BƏƏ-nin Azərbaycandakı səfirliyində matəm kitabı açıldı

Siyasət Materials 12 Yanvar 2017 11:50 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyində bir neçə gün əvvəl Əfqanıstanda baş vermiş terror aktı ilə əlaqədar matəm kitabı açılıb.
BƏƏ-nin Azərbaycandakı səfirliyində matəm kitabı açıldı

Bakı. Orxan Quluzadə - Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyində bir neçə gün əvvəl Əfqanıstanda baş vermiş terror aktı ilə əlaqədar matəm kitabı açılıb. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Qeyd edək ki, yanvarın 10-u Qəndəharda törədilmiş partlayış nəticəsində BƏƏ-nin 5 diplomatı həlak olub. Hadisə əyalət qubernatorunun qonaq evində baş verib.

Hadisə nəticəsində ümumilikdə 11 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti