...

İlham Əliyev: Bizə qarşı çirkin kampaniyaları təşkil edənlər artıq siyasi səhnədən kənarlaşdırılıblar

Siyasət Materials 30 Yanvar 2017 16:22 (UTC +04:00)
Bizə qarşı çirkin kampaniyaları təşkil edənlər artıq siyasi səhnədən kənarlaşdırılıblar.
İlham Əliyev: Bizə qarşı çirkin kampaniyaları təşkil edənlər artıq siyasi səhnədən kənarlaşdırılıblar

Bakı. Trend:

Bizə qarşı çirkin kampaniyaları təşkil edənlər artıq siyasi səhnədən kənarlaşdırılıblar.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, son illər ərzində görülmüş bütün işləri sadalamaq çətindir:

"Mən sadəcə olaraq əsas məqamları diqqətinizə çatdırıram. Ona görə ki, bu bizim tariximizdir. Bunlar olmasaydı, bu gün biz gələcək planlarımız haqqında danışa bilməzdik. Azərbaycan o ölkələrdəndir ki, neftdən çox səmərəli və ağıllı şəkildə istifadə etmişdir. Mən xatırlayıram, hələ 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək, ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq, 25 ildir müstəqil ölkə kimi yaşayırıq, şəhərlərimizi qurmuşuq, özümüz üçün gözəl həyat yaratmışıq. Gələcəkdə daha da böyük işlər görüləcək. Əlbəttə ki, bütün bu işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əgər xalq bizə dəstək verməsəydi, bütün bu işləri görə bilməzdik. Ona görə, bizim bütün uğurlarımızın mərkəzində də Azərbaycan vətəndaşı dayanır. Xalq, ictimaiyyət tərəfindən verilmiş və verilən dəstək, əlbəttə ki, bizi həm gücləndirir, həm də ruhlandırır. Onu da qeyd etməliyəm ki, biz bütün bu işləri o qədər də asan olmayan şəraitdə icra etmişik. Yaxşı bilirsiniz ki, bizə qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhdid kampaniyaları aparılır. Ancaq bunların heç biri bizə təsir eləmir. Çünki biz bilirik ki, bu kampaniyalar haradan qaynaqlanır, kimlər bunun arxasında dayanırlar, onların məqsədi nədən ibarətdir. Ona görə də öz yolumuzla gedirik və həyat hər şeyi öz yerinə qoyur. Artıq bizə qarşı çirkin kampaniyaları təşkil edənlər özləri də siyasi səhnədən kənarlaşdırılıblar".

İlham Əliyev vurğulayıb ki, artıq dünya Azərbaycanı daha yaxşı tanıyır, görürlər ki, bu müstəqil dövlətdir, ləyaqətli dövlətdir:

"Azərbaycan xalqı qürurlu xalqdır, heç vaxt imkan verə bilməz ki, kimsə bizə nəyisə diktə eləsin. Həmişə biz öz ləyaqətimizi saxlamışıq və saxlayırıq. Ölkəmizi bundan sonra inamla irəliyə aparmaq üçün biz bütün lazım olan məsələləri həll etməliyik. Onların içində, əlbəttə ki, regional inkişaf proqramı xüsusi yer tutur. Əminəm ki, 2018-ci ilə qədər proqramda nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və əlavə məsələlər də proqrama əlavə olunacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti