...

Pakistanın şəhərlərinə birbaşa təyyarə reyslərinin açılması müzakirə olunub (FOTO)

Siyasət Materials 13 Fevral 2017 11:04 (UTC +04:00)
Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə bu ölkənin Pəncab əyalətinin qubernatoru Malik Rafiq Rəcvana ilə görüşüb.
Pakistanın şəhərlərinə birbaşa təyyarə reyslərinin açılması müzakirə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə bu ölkənin Pəncab əyalətinin qubernatoru Malik Rafiq Rəcvana ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Lahor şəhərində keçirilən görüşdə Azərbaycanla Pakistan arasında mövcud olan qarşılıqlı əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Həmçinin, Pəncab əyalətinin Multan şəhəri ilə Azərbaycanın Gəncə şəhəri arasında vaxtı ilə imzalanmış protokola əsasən yaradılmış qardaşlaşmış şəhər münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərin artırılmasının zəruriliyi vurğulanıb.

Görüşdə eyni zamanda, Azərbaycanın digər müvafiq şəhərləri ilə Pəncab əyalətinin Lahor şəhəri arasında da yaxın əlaqələrin yaradılması imkanları müzakirə olunub.

Pəncab əyalətinin qubernatoru M.R.Rəcvana Azərbaycanın Pakistan üçün ən yaxın ölkələrdən olduğunu, Pəncab əyalətinin də öz növbəsində bu əlaqələrə hər zaman töhfə verməyə hazır olduğunu vurğulayıb, iqtisadi, mədəni və turizm əlaqələrinin daha da genişləndirilməsinin, Lahor və digər şəhərlərlə birbaşa təyyarə reyslərinin açılmasının əhəmiyyətini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti