Bakı. Elçin Mehdiyev - Trend:
Bəzi bələdiyyə sədrləri özlərini idarə rəisi kimi aparır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün bələdiyyələr haqqında illik hesabatın müzakirəsi zamanı deyib.
Q.Paşayeva bildirib ki, bəzi bələdiyyə sədrləri öz vəzifələrini bilmirlər, bu qədər vaxt keçməsinə baxmayaraq hələ də bələdiyyə institutunun mahiyyətini dərk etmirlər.
Q.Paşayeva qeyd edib ki, həmin bələdiyyə sədrlərinə bələdiyyənin mahiyyətini izah etməyə ehtiyac var.