Bakı. Anaxanım Hidayətova - Trend:
ABŞ və Rusiyanın Baş qərargah rəisləri görüş zamanı böyük ehtimalla Suriyada İŞİD-ə qarşı birgə əməkdaşlıq məsələlərini, gələcəkdə hər hansı xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə əməkdaşlığın bütün detallarını müzakirə edəcək.
Bunu Trend-ə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
Onun sözlərinə görə, Bakı Moskva və Vaşinqtonun rəsmi nümayəndələrinin görüşü üçün əlverişli məkandır:
“Azərbaycan NATO-nun da üzvü deyil, lakin həm Rusiya ilə, həm də ABŞ ilə yaxşı əlaqələri var”.