...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Münxen Təhlükəsizlik Konfransının açılış sessiyasında müzakirələrin gedişini izləyib (FOTO)

Siyasət Materials 18 Fevral 2017 03:25 (UTC +04:00)
Fevralın 17-də 53-cü Münxen Təhlükəsizlik Konfransının açılış sessiyası olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Münxen Təhlükəsizlik Konfransının açılış sessiyasında müzakirələrin gedişini izləyib (FOTO)

Bakı. Trend:

Fevralın 17-də 53-cü Münxen Təhlükəsizlik Konfransının açılış sessiyası olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış sessiyasında aparılan müzakirələrin gedişini izləyib.

Münxen Təhlükəsizlik Konfransının sədri, səfir Volfqanq İşingerin təşəbbüsü ilə keçirilən bu mötəbər tədbirdə təxminən 500-dən çox nümayəndə - dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, iş adamları və elm xadimləri beynəlxalq təhlükəsizliyi təhdid edən böhranlar, onların həlli yolları və gələcək çağırışlara dair müzakirələr aparırlar.

53-cü Münxen Təhlükəsizlik Konfransı fevralın 19-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti