İlham Əliyev: Azərbaycanın Rusiya, İran və Türkiyə ilə münasibətləri ilk növbədə qarşılıqlı hörmətə və daxili işlərimizə qarışmamağa əsaslanır

İlham Əliyev: Azərbaycanın Rusiya, İran və Türkiyə ilə münasibətləri ilk növbədə qarşılıqlı hörmətə və daxili işlərimizə qarışmamağa əsaslanır

Bakı. Trend:

Azərbaycanın Rusiya, İran və Türkiyə ilə münasibətləri birinci növbədə qarşılıqlı hörmət, daxili işlərimizə qarışmama və milli maraqlarımıza əsaslanır. Trend-in məlumatına görə, bunu fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlətimizin başçısı qeyd edib: “Bilirsiniz, biz beynəlxalq ictimaiyyətin diqqətinə, ola bilsin, o qədər də çarpmayan belə bir vəziyyətlə üzləşirik. Bu, bizim coğrafiyamızdır. Giriş çıxışımda qeyd etdim ki, bizim coğrafiyamız Asiya, Avropa və regionda ənənəvi qüvvələr arasındadır. Azərbaycan Fars imperiyasının, Rusiya imperiyasının, qismən Osmanlı imperiyasının bir hissəsi olmuşdur. Bu gün bu üç ölkə bizim birbaşa qonşularımızdır. Bu üç ölkə ilə bizim çox yaxşı münasibətlərimiz var. Bu münasibətlər birinci növbədə qarşılıqlı hörmət, daxili işlərimizə qarışmama və praqmatizmə, bizim milli maraqlarımıza əsaslanır. Buna görə də Azərbaycan üçün ən pis ssenari qonşularımız arasında hansısa bir pis hadisənin baş verməsidir. Məsələn, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi baş verdikdə və ya bu yaxınlarda qeyd etdiyiniz həmin hadisə zamanı olduğu kimi. Biz bunu regional sabitliyə ciddi bir təhlükə hesab edirik. Bizə sabitlik lazımdır. Bizim ölkəmizin daxilində sabitlik var və biz ətrafımızda da sabitlik istəyirik. Çünki biz ada deyilik. Xoşumuza gəlib-gəlməsindən asılı olmayaraq, sərhədlərimiz xaricində baş verənlər bizə də təsir edə bilər, müsbət və ya mənfi şəkildə. Buna görə biz qonşularımıza bu böhrandan çıxış yolunu tapmağa kömək etmək üçün bütün səylərimizdən istifadə etdik, lakin bunu çox ehtiyatla etdik”.

İlham Əliyev bildirib ki, Azərbaycanın Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşmasına kömək etmiş ölkələr arasında olması da açıqlanıb:

“İstənilən halda ölkə ilə nə dərəcədə sıx münasibətlərimizin mövcudluğundan asılı olmayaraq, biz həmişə əsas prinsipləri rəhbər tuturuq. Bu prinsiplər beynəlxalq hüquqdur. Beynəlxalq hüquqa əməl olunmalıdır. Beynəlxalq hüququ pozanlar yanlış hərəkət edirlər və biz bunu həmişə vurğulayırıq. Biz ətrafımızda olan və bu masada təmsil olunan bütün ölkələrin ərazi bütövlüyünü tamamilə dəstəkləyirik. Biz özümüz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkirik. Buna görə də ərazi bütövlüyü məsələsi bizim üçün toxunulmazdır. Eyni zamanda, biz riskləri azaltmaq üçün hansı işlərin görülə biləcəyini nəzərdən keçirdik. Buna görə Rusiya ilə Türkiyə arasında gərginlik çox ciddi geosiyasi bir risk idi və regionumuz üçün birbaşa risk idi. Bu iki ölkə bizim əsas iqtisadi tərəfdaşımız və qonşumuzdur. Əgər, onlara bu çətinliklərin öhdəsindən gəlməyə kömək etmişiksə, düşünürəm ki, biz buna görə təqdir olunmalıyıq.

Lakin sizə deyə bilərəm ki, sabitləşdirici amil kimi Azərbaycanın rolu get-gedə beynəlxalq ictimaiyyət tərəfindən daha da çox tanınır. Sizə bu yaxınların misalını çəkə bilərəm. Sadəcə iki gün bundan əvvəl Bakıda ABŞ ordusunun baş qərargah rəisi cənab Dənford və Rusiya ordusunun baş qərargah rəisi cənab Gerasimovun görüşü olub. Onlar ilk dəfə bizim ölkədə görüşdülər. Bakının seçilməsi qərarı bizim deyildi. Biz bu qarşılıqlı əlaqənin təşəbbüskarı kimi çıxış etməmişdik. Bizə yaxınlaşaraq buna razı olub-olmamağımız soruşuldu. Biz dedik ki, əlbəttə, buna razıyıq. Bəs nəyə görə Azərbaycan seçildi? Mən bu sualı özümə verdim. Avrasiyanın xəritəsinə baxaraq gördüm ki, ola bilsin, Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Biz NATO-nun üzvü deyilik. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyilik. Biz güclü beynəlxalq nüfuza malik ölkəyik. Biz ABŞ, Avropa və qonşularımız, Rusiya ilə çox yaxşı münasibətləri olan və onların hörmət bəslədiyi ölkəyik. Buna görə də artıq nəinki təkcə bizim regionda, həm də geniş miqyasda Azərbaycanın sabitləşdirici amil kimi rolu artacaqdır. Bu, bizim regional sabitliyə verdiyimiz töhfədir. Burada artıq qeyd olunmuşdur ki, sabitlik istənilən növ inkişaf üçün ən vacib amildir. Sabitliyiniz olmasa sərmayələri, həyat şəraitinin yaxşılaşdırılmasını və əməkdaşlığı unudun”.

Azərbaycan Prezidenti əlavə edib: “Bizim siyasətimiz həmişə layihələr vasitəsilə əməkdaşlığa sərmayə yatırmaq idi. Bizim uzun illərdir ki, mövcud olan və çox səmərəli regional əməkdaşlıq formatımız da var. Bu, Azərbaycan, Gürcüstan və Türkiyədir. Biz birlikdə enerji, nəqliyyat və digər layihələri icra edirik və biz güclü müttəfiqlərik. Eyni zamanda, bu gün bizim digər regional əməkdaşlıq formatımız var. Bu, Azərbaycan, İran və Rusiyadır. Azərbaycan dünyada, eyni zamanda, İran və Rusiya ilə sərhədi olan yeganə ölkədir. Onlar ticarət, nəqliyyat, iqtisadi inkişaf və təhlükəsizliklə bağlı sahələrdə bizim təbii tərəfdaşlarımızdır. Buna görə də ümid edirəm, elə bir vaxt gələcək ki, biz bu mövcud regional əməkdaşlığı daha böyük əməkdaşlığa inteqrasiya edə biləcəyik və bu da bütün insanların xeyrinə olacaqdır. Bu, riskləri azaldacaq və əməkdaşlıq üçün daha çox imkanlar yaradacaqdır”.

Kürdəmirdə "Mercedes" yanıb
Kürdəmirdə "Mercedes" yanıb
İki nəfəri tüfənglə yaralayan Şəmkir sakini saxlanılıb
İki nəfəri tüfənglə yaralayan Şəmkir sakini saxlanılıb
Yetkinlik yaşına çatmayanlara siqaret satan mağazalar aşkarlanıb
Yetkinlik yaşına çatmayanlara siqaret satan mağazalar aşkarlanıb
Loading Bars
Xəbər lenti
Yaponiyada kimyəvi zavodda partlayış olub
Türkiyədə son sutkada koronavirusdan 26 953 nəfər sağalıb
İsrail Qəzza zolağının bəzi şəhərlərinə raket zərbələri endirir
Argentinada koronavirusun Cənubi Afrika və Hindistan ştammlarına yoluxma halları aşkar edilib
Türkiyə İsrailin Şərqi Qüdsdə fələstinlilərə qarşı hərəkətlərini pisləyib
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı
Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov
Prezident İlham Əliyev: Bizdə olan bütün hərbi əsirləri vermişik
Prezident İlham Əliyev: Revanşizm qoxusu verən bəyanatları Ermənistan üçün təhlükəlidir
Prezident İlham Əliyev: Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir
Prezident İlham Əliyev: Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik
Prezident İlham Əliyev: Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir
Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər təşkil ediblər (FOTO)
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Kürdəmirdə "Mercedes" yanıb
Ermənistan parlamenti ikinci dəfə baş naziri seçə bilməyib
Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)
Azərbaycanın var olması Heydər Əliyevin adı ilə bağlıdır - Deputat
Ermənilərin növbəti feyk xəbəri ifşa edildi (FOTO)
"Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda anım tədbiri keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ramazan bayramı münasibətilə şəhid məzunların ailələrini ziyarət ediblər (FOTO)
Zalsburqdakı Azərbaycan Evində ulu öndər Heydər Əliyev yad edilib (FOTO)
Bu gün Qubada “Azərbaycan-Türkiyə Qardaşlıq Parkı”nın açılışı olub (FOTO)
Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Quba rayonuna səfər edib
Ulu Öndərin anadan olmasının növbəti ildönümü günündə azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib (FOTO/VİDEO)
MÜSİAD Azərbaycan idarə heyəti Qubada Heydər Əliyev mərkəzini ziyərət ediblər (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistanın dəmir yollarına sahibdir, bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik
Prezident İlham Əliyev: Ulu Öndərin siyasi müdrikliyi ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq
Krasnoyarskın "TBK" telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər
Prezident İlham Əliyev: Bu səfərin çox böyük rəmzi mənası var
Prezident İlham Əliyevdən Ermənistandakı revanşistlərə xəbərdarlıq: Odla oynamasınlar
Prezident İlham Əliyev Kanada və Fransa XİN-nin bəyanatını kəskin tənqid etdi: Gedin, öz işlərinizlə məşğul olun
Prezident İlham Əliyev: Naxçıvan ordusunda olan hərbi texnika bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür
Prezident İlham Əliyev: Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur
Samsung sizi Bespoke Home yeni məişət texnikasının təqdimatına dəvət edir
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılışında iştirak ediblər (FOTO)
İsraildə prezident seçkilərinin vaxtı açıqlanıb
Yaponiya bu il ilk koronavirus peyvəndini istehsal edəcək
Stokholmda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü qeyd edilib (FOTO)
Mübariz Qurbanlı: Vətən müharibəsində əldə olunan tarixi qələbə Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut etdi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Prezident İlham Əliyev: Bu gün mən mütləq Ulu Öndərin Vətənində olmalı idim
Azərbaycanda son sutkada 371 nəfər koronavirusa yoluxub, 892 nəfər sağalıb, 18 nəfər vəfat edib (ƏLAVƏ OLUNUB)
Prezident İlham Əliyev: Bir neçə ildən sonra Naxçıvanda içməli su layihələri 100 faiz həll olunacaq
Yaponiyada görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş veriliş yayımlanıb (FOTO)
Qazaxıstanda koronavirusa daha 2 142 nəfər yoluxub
Ermənistanda əsgər valideynləri Koçaryanı qəbiristanlıqdan qovdular (VİDEO)
DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad ediblər (FOTO)
Heydər Əliyev dünya miqyaslı şəxsiyyət olub və bütün sahələrdə fenomenal biliklərə sahib olub - Sakit Məmmədov
Paşinyan İkinci Qarabağ müharibəsini öz hakimiyyətinin ən böyük problemi adlandırıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Abşeronda genişmiqyaslı ağacəkmə kampaniyası keçirilib (FOTO)
Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
Azərbaycana köç edən nadir çöl quşlarının ovu qadağan edilir - ETSN
Lavrovun Azərbaycana səfərinin proqramı açıqlanıb
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO/VİDEO)
Heydər Əliyev müstəqil Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas edib - İqor Korotçenko
DSX-nin bütün hərbi hissə və bölmələrində Ümummilli Liderin anadan olmasının 98-ci ildönümü qeyd olunub (FOTO)
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb (FOTO)
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin yeni ofisinin açılışı olub (FOTO)
Azərbaycanda 400-dən çox quş növü müəyyənləşib - Nazirlik
İki nəfəri tüfənglə yaralayan Şəmkir sakini saxlanılıb
Küveytin iri neft yatağında yanğın olub - Xəsarət alanlar var
Heydər Əliyevin Azərbaycanın həyatının bütün istiqamətlərində nəhəng əməyini və təsirini qiymətləndirmək çox çətindir - Natiq Rəsulzadə
Kəndlərin minalardan təmizlənməsinə Ağdamdan başlanılacaq - İcra başçısı (VİDEO)
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (YENİLƏNİB) (FOTO/VİDEO)
Ölkə ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir (FOTO)
İranda koronavirusdan ölənlərin sayı 75 mini keçib
Səbaildə keçirilən ağacəkmə aksiyasında 300-dən çox ağac və gül kolları əkilib (FOTO)
“Azərsun Holdinq” Ulu Öndərin məzarını ziyarət edib (FOTO)
Qaradağda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə silsilə tədbir keçirilib (FOTO)
Minatəmizləmə işinin sürətlənməsi üçün yeni texnikalar gətirilir - Agentlik sədri (VİDEO)
Prezident İlham Əliyev Ordubad dəmir yolu stansiyasında görülən işlərlə tanış olub (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev Ordubadın su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin açılışında iştirak edib (FOTO) (YENİLƏNİB-2)
Bu il Ceyhan terminalından 70 milyon bareldən çox AÇG nefti yola salınıb
Vətən müharibəsində Zəfər ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir - İsa Həbibbəyli
Güclü külək Ağcabədidə fəsadlar törədib (VİDEO)
Paşinyanın kortejində qəza olub - Xəsarət alanlar var
Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub (FOTO) (YENİLƏNİB)
Yetkinlik yaşına çatmayanlara siqaret satan mağazalar aşkarlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir (FOTO)
Prezident İlham Əliyev Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
Ağdamda Ulu öndərin doğum günü münasibətilə ağacəkmə kampaniyası keçirilib (FOTO)
Bu ərazilərə qar yağıb - Faktiki hava
Parlamentdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunub (FOTO)
Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
Xaçmaz rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib
Hacıqabul sakinindən narkotik və odlu silah götürülüb
Ermənistanın mülki əhaliyə qarşı cinayətləri ilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb - Kamran Əliyev
Xəstəxanalardakı qanunsuzluqlarla əlaqədar istintaq davam etdirilir - Baş prokuror
Sabah arabir yağış yağacaq, şimşək çaxacaq
Qarabağda vuruşmuş erməni terrorçuları ilə bağlı cinayət işi yekunlaşmaq üzrədir - Kamran Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli Liderin xatirəsini yad edib (FOTO/VİDEO)
Prezident İlham Əliyev Naxçıvanda Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib (FOTO)
Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib (FOTO)
Bütün xəbərlər