Bakı. Səba Ağayeva - Trend:
Azərbaycan və Cibuti arasında münasibətlər artıq uzun illərdir ki, daimi inkişaf mərhələsindədir. Trend-in məlumatına görə, bunu Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov Cibuti XİN rəhbəri Mahmud Əli Yusiflə birgə mətbuat konfransında deyib.
Nazir bildirib: "Cibuti Dağlıq Qarabağ münaqişəsində həmişə Azərbaycanın mövqeyini dəstəkləyib".
E.Məmmədyarov Cibuti Parlametinin Xocalı soyqırımını qınayan deklorasiya qəbul etməsini xüsusi vurğulayıb.