...

Mədət Quliyev: İndiyədək 900-ə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdə terrorçu təşkilatlara qoşulub

Siyasət Materials 3 Mart 2017 11:33 (UTC +04:00)
İndiyə qədər 900-ə yaxın Azərbaycan vətəndaşı Suriya, İraq və digər ölkələrdə terrorçu təşkilatlara qoşulub.
Mədət Quliyev: İndiyədək 900-ə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdə terrorçu təşkilatlara qoşulub

Bakı. Elçin Mehdiyev - Trend:

İndiyə qədər 900-ə yaxın Azərbaycan vətəndaşı Suriya, İraq və digər ölkələrdə terrorçu təşkilatlara qoşulub.

Trend-in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda bu gün keçirilən konfransda çıxışı zamanı deyib.

M.Quliyev qeyd edib ki, indiyə qədər 900-ə yaxın Azərbaycan vətəndaşı dini radikal cərəyanların təsiri altına düşərək Suriya, İraq və digər ölkələrdə terrorçu təşkilatlara qoşulub:

"Əldə olunan məlumatlara görə, onların çoxu həlak olub. Onların 84 nəfəri Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. Son bir ildə 54 nəfər bu cür əməllərinə görə Azərbaycan vətəndaşlığından çıxarılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti