...

XİN: Azərbaycanla Aİ arasında vizaların ləğvi müzakirə olunur

Siyasət Materials 14 Aprel 2017 09:42 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında olan əməkdaşlıq çərçivəsində Aİ tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə vizaların ləğv edilməsi müzakirə mövzularından biridir.
XİN: Azərbaycanla Aİ arasında vizaların ləğvi müzakirə olunur

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında olan əməkdaşlıq çərçivəsində Aİ tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə vizaların ləğv edilməsi müzakirə mövzularından biridir.

Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə deyib.

XİN rəsmisi bildirib ki, Aİ ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında saziş artıq bir neçə ildir qüvvədədir:

"Sözügedən saziş çərçivəsində uğurlu əməkdaşlıq viza məsələsi ilə əlaqədar müzakirələrin növbəti yeni mərhələyə çıxarılmasına əlverişli zəmin yaradır. Vizaların ləğv edilməsi məsələsinin Azərbaycan və Aİ arasında danışıqlar aparılan yeni tərəfdaşlıq sazişi çərçivəsində baxılması da istisna deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti