...

Braziliyada Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib (FOTO)

Siyasət Materials 8 May 2017 18:19 (UTC +04:00)
Azərbaycanın Braziliyadakı səfirliyində professor-doktor Leyla Bijosla (Leila Bijos) görüş keçirilib.
Braziliyada Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Braziliyadakı səfirliyində, Braziliya Katolik Universitetində hüquq təkmilləşdirmə kurslarında iştirak edən, Braziliyanın müxtəlif regionlarında prokurorluq sistemində çalışan 14 əməkdaş və qeyd edilmiş Universitetin professor-doktoru Leyla Bijosla (Leila Bijos) görüş keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfir Elxan Poluxov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri haqqında, eləcədə Azərbaycan iqtisadiyyatı, xarici siyasəti, həyata keçirilmiş və icrada olan regional və beynəlxalq layihələr haqqında geniş məlumatı ehtiva edən təqdimatdan sonra məmurlarla birlikdə Çıraqov və digərləri Ermənistana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını ətraflı müzakirə edib.

Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Braziliyalı hüquqşunasların marağını cəlb edib və E.Poluxov tərəfindən çoxsaylı suallar cavablandırılıb.

Tədbir əsnasında, qonaqlara ölkəmiz haqqında qısa film nümayiş etdirilib və məlumat qovluqları paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti