...

TƏKLİF: Azərbaycandakı Rusiya QHT-lərin fəaliyyətinin qanunvericiliyə uyğunluğu yoxlanılsın

Siyasət Materials 16 May 2017 12:23 (UTC +04:00)
Azərbaycanda Rusiya Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətinin ölkə qanunvericiliyinə uyğun olub-olmamasının yoxlanılması təklif edilir.
TƏKLİF: Azərbaycandakı Rusiya QHT-lərin fəaliyyətinin qanunvericiliyə uyğunluğu yoxlanılsın

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda Rusiya Qeyri-Hökumət Təşkilatlarının (QHT) fəaliyyətinin ölkə qanunvericiliyinə uyğun olub-olmamasının yoxlanılması təklif edilir.

Trend-in məlumatına görə, belə bir təkliflə bu gün Milli Məclisin plenar iclasında millət vəkili Siyavuş Novruzov çıxış edib.

“Azərbaycanın həmişə digər ölkələrlə, o cümlədən Rusiya ilə yaxşı münasibətləri olub. Buna baxmayaraq, təəssüf ki, Rusiyada bəzi adamlar öz maraqlarını dövlətin maraqlarından üstün tuturlar və iki ölkə arasında münasibətləri pozmağa çalışırlar. Bunun qarşısı alınmalıdır”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti