...

Səfir Elxan Poluxov Braziliya Senatının radiosuna müsahibə verib

Siyasət Materials 30 May 2017 01:22 (UTC +04:00)
Mayın 25-də Azərbaycan Respublikasının Braziliyadakı Səfiri Elxan Poluxov Braziliya Senatının radiosu olan “Radio Senado”-da “Parlamentos do Mundo” proqramında Azərbaycana həsr edilmiş verilişə müsahibə verib
Səfir Elxan Poluxov Braziliya Senatının radiosuna müsahibə verib

Bakı. Trend:

Mayın 25-də Azərbaycan Respublikasının Braziliyadakı Səfiri Elxan Poluxov Braziliya Senatının radiosu olan “Radio Senado”-da “Parlamentos do Mundo” proqramında Azərbaycana həsr edilmiş verilişə müsahibə verib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, müsahibə zamanı Səfir Elxan Poluxov Azərbaycanın tarixi, mədəniyyəti, regional layihələri, Azərbaycan Respublikasının Parlamenti və ölkənin qanunverilcilik sistemi, son illər ərzində əldə edilmiş uğurlar və xüsusi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı danışıb.

Məlumat üçün bildirək ki, “Radio Senado”-nun tabeliyində 10 və əməkdaşlıq etdiyi 7 radio stansiya mövcuddur və bütün Braziliyanı əhatə edən yayıma malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti