...

Malena Mard: Aİ və Azərbaycan iqtisadi əməkdaşlığın möhkəmlənməsində maraqlıdır

Siyasət Materials 8 İyun 2017 14:50 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) və Azərbaycan iqtisadi əməkdaşlığın möhkəmlənməsində maraqlıdır.
Malena Mard: Aİ və Azərbaycan iqtisadi əməkdaşlığın möhkəmlənməsində maraqlıdır

Bakı. Ləman Zeynalova - Trend:

Avropa İttifaqı (Aİ) və Azərbaycan iqtisadi əməkdaşlığın möhkəmlənməsində maraqlıdır.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan biznes-forumu çərçivəsində jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O qeyd edib ki, Aİ Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas investorudur: “Biz əlbəttə ki, Azərbaycanla diversifikasiya və islahatlar proqramı çərçivəsində əməkdaşlıq etmək istəyirik”.

M.Mardın sözlərinə görə, iyunun 16-ı mehriban qonşuluq və genişlənmə siyasəti üzrə Avrokomissar Yohannes Han Azərbaycana səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti