Bakı. Trend:
Azərbaycan NATO toplantısında iştirak edəcək. Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanı toplantıda müdafiə naziri general-polkovnik Zakir Həsənov təmsil edəcək.
Nazir Əfqanıstan İslam Respublikasında həyata keçirilən NATO-nun Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində iyunun 29-da keçiriləcək görüşündə iştirak etmək üçün artıq Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.