...

Fuad Muradov seçiciləri qəbul edib (FOTO)

Siyasət Materials 29 İyun 2017 17:31 (UTC +04:00)
Fuad Muradov Milli Məclisdə seçiciləri qəbul edib.
Fuad Muradov seçiciləri qəbul edib (FOTO)

Bakı. Trend:

Fuad Muradov Milli Məclisdə seçiciləri qəbul edib.

Trend-in məlumatına görə, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov parlamentdə seçiciləri qəbul edib.

Təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda, Gənclər və İdman Komitəsinə müraciət edən vətənaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələləri dinləyib. Ünvanlanan müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə, sosial məsələlər, idman, təhsil məsələləri üstünlük təşkil edib.

Müraciət edən insanların problem və təkliflərini, eyni zamanda zəruri olan sənədləri qəbul edən F.Muradov bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib. Aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti