...

Prezident Administrasiyası: Türkiyə Prezidenti Almaniyaya səfərini ləğv etmək fikrində deyil (ÖZƏL)

Siyasət Materials 30 İyun 2017 11:34 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadakı türk ictimaiyyəti qarşısında çıxışına qadağa qoyulmasına cavab olaraq Hamburqa səfərini ləğv etmək ehtimalını nəzərdən keçirmir.
Prezident Administrasiyası: Türkiyə Prezidenti Almaniyaya səfərini ləğv etmək fikrində deyil (ÖZƏL)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadakı türk ictimaiyyəti qarşısında çıxışına qadağa qoyulmasına cavab olaraq Hamburqa səfərini ləğv etmək ehtimalını nəzərdən keçirmir.

Bu barədə Trend-ə özəl olaraq Türkiyə Prezidenti Administrasiyasından deyiblər.

Administrasiyadan bildiriblər ki, Almaniya Türkiyə kimi region üçün vacib olan bir dövlətlə münasibətlərini pozmamalıdır.

Türkiyə Prezidenti Administrasiyasından bildiriblər: "Bir sıra Avropa dövlətləri Türkiyəyə münasibətdə ikili standartlar yürüdürlər ki, bu, demokratiyanın prinsiplərinə ziddir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti