...

İƏT Gənclər Forumu Qüdsü "İslam Dünyasının Gənclik paytaxtı" seçib

Siyasət Materials 26 İyul 2017 10:56 (UTC +04:00)
İƏT Gənclər Forumu Qüds şəhərini "İslam Dünyasının Gənclik paytaxtı" elan edib.
İƏT Gənclər Forumu Qüdsü "İslam Dünyasının Gənclik paytaxtı" seçib

Bakı. Trend:

Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “İslam Dünyası Gənclik Paytaxtı” beynəlxalq proqramının seçim komissiyası 2018-ci il üçün Qüds şəhərini “İslam Dünyasının Gənclik Paytaxtı” seçib.

Bu barədə Trend-ə Forumdan məlumat verilib.

Qüds üzrə keçirilən fövqəladə iclasda komissiya üzvlərinin 2018-ci il üçün bu şəhərin “İslam Dünyası Gənclik Paytaxtı” seçilməsi ilə bağlı yekdilliklə qəbul etdiyi yekun qərarda son günlərdə Əl-Əqsa məscidində fələstinlilərin hüquqlarının kəskin şəkildə pozulması faktı öz əksini tapıb, o cümlədən, qəbul edilmiş qərarın Fələstin xalqına olan dəstəyin göstəricisi olduğu bildirilib.

İƏT Gənclər Forumu və İƏT-in, eləcə də Türkiyə, İran, Malayziya və Mərakeş nümayəndələrinin üzv olduqları seçim komissiyasının qəbul etdiyi sözügedən qərarda, Fələstin xalqının bu şəhərdə təməl hüquqlarının qorunması ilə bağlı Şərqi Qüdsün müsəlman identikliyinə yönəlik BMT və İƏT qərarlarına da istinad edilib.

Qüdsün 2018-ci ildə “İslam Dünyası Gənclik Paytaxtı” seçilməsi ilə bağlı məlum qərarı şərh edən İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov bildirib ki, sözügedən sənəd Fələstin xalqının Qüdsil-Şərifə və Əl-Aqsaya olan ayrılmaz haqları uğrunda mübarizəsinə İslam dünyasının dəstəyini ehtiva etməklə yanaşı, İƏT üzv-ölkələri və üzv-qurumlara bununla bağlı göndərilən müraciətdə proqramın lazımi qaydada həyata keçirilməsi üçün İƏT Gənclər Forumu ilə əməli əməkdaşlığa çağırış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti