...

Azərbaycan hərbi dənizçiləri "Dəniz kuboku - 2017"nin son epizodunun qalibi olub (FOTO/VİDEO)

Siyasət Materials 10 Avqust 2017 10:37 (UTC +04:00)
“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarışlar çərçivəsində müəyyən olunmuş bütün epizodları yerinə yetiriblər.
Azərbaycan hərbi dənizçiləri "Dəniz kuboku - 2017"nin son epizodunun qalibi olub (FOTO/VİDEO)

Bakı. Trend:

“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarışlar çərçivəsində müəyyən olunmuş bütün epizodları yerinə yetiriblər.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hərbi dənizçilər “Dəniz hazırlığı” üzrə yarışlarda gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra ediblər.

Beynəlxalq hakimlər briqadasının yekdil qərarı ilə tapşırığı 14 dəqiqə 26 saniyəyə yerinə yetirən Azərbaycan hərbi dənizçiləri epizodun qalibi elan edilib.

İkinci yerə İran, üçüncü yerə Qazaxıstan və dördüncü yerə Rusiya hərbi dənizçiləri layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti