...

Azərbaycan Prezidenti moldovalı həmkarını təbrik edib

Siyasət Materials 26 Avqust 2017 14:06 (UTC +04:00)
Prezident İlham Əliyev Moldova Prezidenti İqor Dodona təbrik məktubu göndərib.
Azərbaycan Prezidenti moldovalı həmkarını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Moldova Prezidenti İqor Dodona təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına sülh və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti