...

Azərbaycanla Surinam arasında parlamentlərarası münasibətlər müzakirə edilib (FOTO)

Siyasət Materials 28 Avqust 2017 15:58 (UTC +04:00)
Azərbaycanın Surinamdakı səfiri Elxan Poluxov bu ölkənin Milli Assambleyasının spikeri, xanım Cennifer Qirlings-Simonsla (Jennifer Geerlings-Simons) görüşüb.
Azərbaycanla Surinam arasında parlamentlərarası münasibətlər müzakirə edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Surinamdakı səfiri Elxan Poluxov bu ölkənin Milli Assambleyasının spikeri, xanım Cennifer Qirlings-Simonsla (Jennifer Geerlings-Simons) görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə ikitərəfli parlamentlərarası münasibətlər, müasir dövrdə parlament diplomatiyasının ikitərəfli münasibətlərdəki rolu, hökumətlərarası qarşılıqlı səfərlərin təşkil edilməsinin mümkünlüyü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Tərəflər, ölkələr arasında əlaqələrin genişləndirilməsində böyük potensialın olduğunu və bu sahədə qanunverici orqanların xüsusi rolu olduğunu qeyd ediblər.

E.Poluxov Surinam Milli Assambleyasının xatirə kitabını imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti