Bakı. Trend:
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçilərinin sentyabrda Bakıya səfər edəcəyi planlaşdırılır.
Trend-in məlumatına görə, bu barədə həmməruzəçi Stefan Şennak "Twitter"dəki səhifəsində yazıb.
Qeyd edək ki, iyulda Şennak artıq "Twitter"dəki səhifəsində həmməruzəçilərinin Azərbaycana səfəri barədə məlumat vermişdir.