...

Bakıda MDB ölkələrinin Hesablama palataları yoxlamaların keyfiyyətini müzakirə edəcəklər (FOTO)

Siyasət Materials 5 Sentyabr 2017 12:37 (UTC +04:00)
MDB ölkələrinin Hesablama palataları rəhbərləri bu orqanlar tərəfindən həyata keçirilən yoxlamaların keyfiyyətinin dəyərləndirilməsini müzakirə edəcəklər.
Bakıda MDB ölkələrinin Hesablama palataları yoxlamaların keyfiyyətini müzakirə edəcəklər (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

MDB ölkələrinin Hesablama palataları rəhbərləri bu orqanlar tərəfindən həyata keçirilən yoxlamaların keyfiyyətinin dəyərləndirilməsini müzakirə edəcəklər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə MDB ölkələrinin Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən XVII sessiyasında Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, sessiyada əsas müzakirə mövzuları maliyyə nəzarəti orqanlarının fəaliyyətinin iqtisadi, sosial və inzibati effektivliyinin dəyərləndirilməsi, eləcə də MDB-də bu sistemin unifikasiyası və göstəricilər sisteminin müəyyənləşdirilməsi olacaq.

Sessiyada Azərbaycan, Qazaxıstan, Rusiya, Belarus, Moldova, Tacikistan, Qırğızıstan, eləcə də Türkiyənin maliyyə nəzarəti orqanlarının rəhbərləri və üzvləri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti