...

Elmar Məmmədyarov Laos Milli Assambleyasının sədr müavini ilə görüşüb

Siyasət Materials 15 Sentyabr 2017 16:12 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Laosa səfəri çərçivəsində Milli Assambleyasının Sədr müavini Bouttanavong Bounpone ilə görüşüb.
Elmar Məmmədyarov Laos Milli Assambleyasının sədr müavini ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Laosa səfəri çərçivəsində Milli Assambleyasının Sədr müavini Bouttanavong Bounpone ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Milli Assambleyasının sədr müaviniBouttanavong Bounpone Azərbaycan nümayəndə heyətini səmimiyyətlə qarşılayıb və bu səfərin ölkələrimiz arasında dostluğun inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin təşviqi və inkişafı baxımından vacibliyini deyən E.Məmmədyarov 18-20 iyun 2017-ci il tarixində Laoslu həmkarının Azərbaycana rəsmi səfərini xoş təəssüratlarla xatırladaraq, Laosa ilk rəsmi səfərindən məmnunluq hissi keçirdiyini bildirib.

E.Məmmədyarov parlament diplomatiyasının ikitərəfli münasibətlərin inkişafında mühüm rola malik olduğunu qeyd edərək, qanunverici orqanlarda dostluq qruplarının yaradılmasının təşviq edilməsinə diqqəti çəkib.

Görüşdə tərəflər humanitar sahədə, xüsusən də təhsil sahəsində hələ Sovet İttifaqı dövründən başlayan uğurlu əməkdaşlığın genişləndirilməsi, tələbə və tədqiqatçıların mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, 2000-dən artıq laoslu Azərbaycanda təhsil alıb və onlar müxtəlif sahələrdə Laosun inkişafında yaxından iştirak edirlər.

E.Məmmədyarov Azərbaycanın regionda rolu, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı nəqliyyat-infrastruktur və enerji layihələri barədə həmsöhbətə məlumat verərək diqqəti Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, münaqişənin həll edilməsi istiqamətində aparılan danışıqlar barədə danışıb.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndiriməsi, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikri mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti