...

Baş nazirin müavini: Sarkisyan özünü bütün dünya qarşısında biabır etdi (YENİLƏNİB)

Siyasət Materials 21 Sentyabr 2017 11:26 (UTC +04:00)
Ermənistan prezidenti Serj Sarkisyan BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı ilə həyasızlığın, abırsızlığın ən yüksək səviyyəsinə qalxdı.
Baş nazirin müavini: Sarkisyan özünü bütün dünya qarşısında biabır etdi (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistan prezidenti Serj Sarkisyan BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı ilə həyasızlığın, abırsızlığın ən yüksək səviyyəsinə qalxdı.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filminin təqdimatında deyib.

Ə.Həsənov bildirib ki, S.Sarkisyan bu çıxışı ilə özünü bütün dünya qarşısında biabır etdi: “Sən bir ölkənin ərazisinin 20 faizini işğal et və sonra bu ölkəyə irad tut. Bu nə deməkdir?! Bu çıxışla Sarkisyan özünə nifrət qazandı və özünü bütün dünya ictimaiyyəti qarşısında biabır etdi. O tərbiyəsizliyini, mədəniyyətsizliyini və etik normalara əməl etmədiyini göstərdi. Sarkisyan çıxış edərkən əzilir, büzülür, xof içində idi. Günahkar insanlar necədir, elə idi”.

Baş nazirin müavini bildirib ki, Sarkisyan çıxışı ilə insanlığın ən aşağı səviyyəsinə düşdü.

O qeyd edib ki, hər iki xalq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən yorulub.

Ə.Həsənov deyib ki, ermənilər Sarkisyan-Koçaryan rejimindən canlarını qurtarmalıdırlar: “Onlar heç zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə razı olmayacaqlar, çünki onlar Azərbaycan ərazilərini işğal etməklə, xalqımızın qanını tökməklə hakimiyyətə gəliblər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti