...

Deputat: Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının sessiyasındakı çıxışı ilə Sarkisyanın yalanlarını ifşa etdi

Siyasət Materials 22 Sentyabr 2017 14:17 (UTC +04:00)
Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı ilə Sarkisyanın yalanlarını ifşa etdi.
Deputat: Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının sessiyasındakı çıxışı ilə Sarkisyanın yalanlarını ifşa etdi

Bakı. Samir Əli- Trend:

Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı ilə Sarkisyanın yalanlarını ifşa etdi. Bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev bu çıxışı ilə Ermənistan hakimiyyətinin dalana dirəndiyini sübut etdi: "Prezident İlham Əliyev konkret faktlarla, Azərbaycanın gördüyü işlərlə, bütün dünyaya bəlli olan və Azərbaycan tərəfdən həyata keçirilən tədbirlərlə, dünya siyasətçilərinin bir çoxunun iştirakçısı olduğu hadisələrdən, faktlardan misal gətirməklə bunu sübuta yetirdi".

B.Sadıqov Prezident İlham Əliyevin bu çıxışını Sarkisyana vurulan ağır, diplomatik zərbə, onun beynəlxalq təşkilatlar qarşısında ifşası kimi qiymətləndirir: "Hesab edirəm ki, Sarkisyanın özünün də, rejiminin də sonu çatıb. Artıq böyük qayıdışa başlayan Azərbaycan ordusu tezliklə Sarkisyanın qaytarmaq istəmədiyi torpaqlarımızı qaytaracaq. Çünki Azərbaycan Prezidenti BMT-dəki çıxışında bir daha bəyan elədi ki, aprel hadisələri bu dəfə təkrarlansa, sərt olacaq və Ermənistan daha ağır şəkildə cəzalandırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti