...

FHN-in helikopteri Gürcüstandakı meşə yanğınlarının söndürülməsi əməliyyatında iştirak edir

Siyasət Materials 24 Sentyabr 2017 11:13 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstan hökümətinin müraciətinə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə sentyabrın 23-də helikopter göndərilib.

Trend-in FHN-ə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarından başlayaraq Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri yanğınsöndürmə əməliyyatına başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti