...

Azərbaycan Prezidenti: Tezliklə Bakıdan Sofiyaya birbaşa təyyarə reysləri açılacaq

Siyasət Materials 13 Oktyabr 2017 12:54 (UTC +04:00)
Tezliklə Bakıdan Sofiyaya birbaşa təyyarə reysləri açılacaq.
Azərbaycan Prezidenti: Tezliklə Bakıdan Sofiyaya birbaşa təyyarə reysləri açılacaq

Bakı. Trend:

Tezliklə Bakıdan Sofiyaya birbaşa təyyarə reysləri açılacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radevlə birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlət başçısının sözlərinə görə, bugünkü görüşdə müvafiq göstərişlər verilib ki, aidiyyəti orqanlar ticarət dövriyyəsinin artması ilə bağlı konkret təkliflər təqdim etsinlər:

"Eyni zamanda, bu gün mən Prezidentə məlumat verdim ki, onun səfəri ərəfəsində göstəriş verilib, AZAL - Azərbaycan Hava Yolları şirkəti Bakıdan Sofiyaya birbaşa təyyarə uçuşlarını təşkil edəcək. İndi hazırlıq işləri gedir. Əminəm ki, bütün danışıqlar uğurla nəticələnəcək və tezliklə Bakıdan Sofiyaya, Sofiyadan Bakıya təyyarə reysləri açılacaq. Mən bunu da səfərin gözəl nəticəsi kimi qiymətləndirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti