...

Millət vəkili Qırğızıstanda prezident seçkisini müşahidə edib (FOTO)

Siyasət Materials 15 Oktyabr 2017 14:03 (UTC +04:00)
Milli Məclisin deputatı, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayyəndə heyyətinin üzvü, Azərbaycan-Qırğızıstan parlamentlərarası işçi qurupun üzvü Rauf Əliyev Qırğızıstan Respublikasında keçirilmiş prezident seçkisini müşahidə edib.
Millət vəkili Qırğızıstanda prezident seçkisini müşahidə edib (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatı, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayyəndə heyyətinin üzvü, Azərbaycan-Qırğızıstan parlamentlərarası işçi qurupun üzvü Rauf Əliyev MDB Parlamentlərarası Assambleyanın müşahidə missiyası tərkibində 15 oktyabr 2017-ci il tarixində Qırğızıstan Respublikasında keçirilmiş prezident seçkisini müşahidə edib.

Trend-in məlumatına görə, səfər zamanı müşahidə missiyasının üzvüləri Qırğızıstan Respublikasının Baş Nazirinin I müavini Tolkunbek Abdıqulov tərəfindən qəbul edilib. Görüşdə seçkinin keçirilməsi ilə bağlı ölkədə aparılmış hazırlıq işləri barədə müşahidə missiyasının üzvülərinə ətraflı məlumat verilib.

Müşahidə missiyasının üzvüləri səfər çərçivəsində Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurcan Şaildabekova başda olmaqla komissiya üzvüləri ilə görüşlər keçirilib.

Görüşlərdə seçkiyə hazırlıqla bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən aparılmış hazırlıq işləri, seçkinin gedişatı barədə məlumatlar əldə olunub, bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılığa gəlinib.

Prezidentlik uğrunda 11 namizəd mübarizə aparmışdır. Ölkədə 3 milyon 875 min 773 vətəndaş seçki hüququna malikdir. Seçkinin keçirilməsini təmin etmək üçün 2375 seçki məntəqəsi təşkil olunmuşdur. Ümumilikdə 49 ölkədən 773 müşahidəçi seçkini müşahidə edib.

Müşahidə missiyasının üzvüləri seçki günü bir sıra seçki məntəqələrində olmuş, seçki prosesinin təşkili, vətəndaşların seçki fəallığını müşahidə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti