...

Elman Nəsirov: Sarkisyan hələ də öz ampluasından əl çəkmir

Siyasət Materials 19 Oktyabr 2017 08:00 (UTC +04:00)
Ermənistan prezidenti Serj Sarkisyan hələ də öz ampulasından əl çəkmir.
Elman Nəsirov: Sarkisyan hələ də öz ampluasından əl çəkmir

Bakı. Samir Əli - Trend:

Serj Sarkisyan hələ də öz ampluasından əl çəkmir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib. Onun sözlərinə görə, Sarkisyan görüşdə səsləndirdiyi fikirlərin tam əksinə addım atan və sözünün üstündə dayanmayan bir prezident kimi tanınır:

"O, bir tərəfdən Azərbaycan Prezidenti ilə danışıqlarda sülh prosesində, gərginliyin aradan qaldırılmasında maraqlı olduğunu deyir, konstruktiv danışıqlardan söz açır, digər tərəfdən isə öz sözlərinin əksinə hərəkət edir. O, hələ də 1988-ci illərin ab-havasındadır. Sarkisyan bilir ki, Dağlıq Qarabağ Azərbaycanın əbədi və tarixi ərazisidir, ayrılmaz hissəsidir. Amma o, qeyri-konstruktiv mövqeyini qoruyub saxlamaq istəyir. Ermənistanda qarşıdan prezident seçkiləri gəlir. Sarkisyan bilir ki, Dağlıq Qarabağ problemi onun gələcək karyerasında mühüm rol oynayır. Ona görə də o, bu cür sərsəm bəyanatlar verməkdə davam edir".

Qeyd edək ki, oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Cenevrədə İsveçrə zirvə görüşü keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti