...

Prezident İlham Əliyevin ünvanına Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklər gəlir

Siyasət Materials 18 Oktyabr 2017 22:44 (UTC +04:00)
“RussNeft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyevin ünvanına Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklər gəlir

Bakı. Trend:

“RussNeft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Sizi çox gözəl bayram – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm. Bu, respublikanızın çoxəsrlik tarixində əlamətdar hadisədir.

Azərbaycan xalqının ənənələri, onun nadir mənəvi və mədəni potensialı nəsildən-nəslə keçir.

Bu gün Azərbaycan çox güclü sosial-iqtisadi dəyişiklikləri, vətəndaşların rifahının durmadan yüksəlməsini, beynəlxalq aləmdə respublikanın nüfuzunu bütün dünyaya nümayiş etdirir.

Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan firavanlaşan güclü dövlət naminə genişmiqyaslı quruculuq yolunu davam etdirəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram".

XXX

“Sankt-Peterburq şəhərində azərbaycanlıların milli-mədəni muxtariyyəti” Şəhər İctimai Təşkilatının sədri Vaqif Məmişovdan:

"Hörmətli cənab Prezident. Milli bayram – Dövlət Müstəqilliyi Günü münasibətilə Sankt-Peterburqda yaşayan azərbaycanlılar adından və şəxsən öz adımdan təbriklərimi qəbul edin.

Azərbaycan fəxr etməyə haqqı olan ölkədir! Müstəqilliyin bərpa edilməsindən keçən 26 il ərzində ümummilli liderimiz Prezident Heydər Əliyevin başladığı düzgün siyasət, habelə, cənab Prezident, şəxsən Sizin yürütdüyünüz ardıcıl, ölçülüb-biçilmiş müasir quruculuq siyasəti sayəsində Azərbaycan investisiyalara ehtiyacı olan ölkədən mədəniyyət, sosial inkişaf, təhsil, səhiyyə, tikinti, yollar salınması, idman və digər sahələrə milyonlarla sərmayə qoyan ölkəyə çevrilib.

Hörmətli cənab Prezident, heç şübhəsiz bu müsbət nəticələr ötən illər ərzində şəxsən Sizin yürütdüyünüz siyasət sayəsində qazanılıb. Bakıda Sizinlə görüşümüz haqqında ən səmimi xatirələr hələ də qəlbimdədir. Sizə - görkəmli dövlət xadiminə və siyasi xadimə, Sizin şəxsinizdə bütün Azərbaycan xalqına xoşbəxtlik, sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm. Xahiş edirəm, Sizə dərin ehtiramımı qəbul edin".

XXX

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanovdan:

"Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi Azərbaycan tarixində çox mühüm mərhələ, respublikanın müstəqilliyinin təşəkkülü kimi çətin bir yolun başlanğıcı olub.

Bu gün Azərbaycan müxtəlif sahələrdə müstəsna nəticələr nümayiş etdirən, uğurla inkişaf edən bir ölkə nümunəsidir. Bu, həqiqətən Sizin xidmətlərinizin nəticəsidir. Dövlətçiliyin möhkəmlənməsi, vətəndaşların rifahının yüksəlməsi, genişmiqyaslı iqtisadi dəyişikliklər, beynəlxalq aləmdə mövqelərin güclənməsi – bunlar respublikanın son illərdə qazandığı uğurların yalnız az bir hissəsidir.

Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə xoşbəxtlik, möhkəm cansağlığı, nəzərdə tutduğunuz bütün planların gerçəkləşdirilməsi üçün tükənməz enerji və qüvvə, habelə ali dövləti vəzifənizdə, nəcib fəaliyyətinizdə bol-bol uğurlar diləyim.

Azərbaycan xalqına xoşbəxtlik, əmin-amanlıq və firavanlıq arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti