...

Aİ "Şərq tərəfdaşlığı"nın Brüssel bəyannaməsinin qəbulu zamanı kompromisin əldə olunacağına ümid edir (ÖZƏL) (YENİLƏNİB)

Siyasət Materials 26 Oktyabr 2017 18:38 (UTC +04:00)

Tallin. Ləman Zeynalova - Trend:

Avropa İttifaqı (Aİ) noyabrın 25-də Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammitində bəyannamənin qəbulu zamanı kompromisin əldə olunacağına ümid edir.

Bunu Aİ Qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han Trend-in xüsusi müxbirinin 2015-ci il mayın 25-də "Şərq tərəfdaşlığı" proqramının iştirakçı ölkələrinin Riqa sammitinin bəyannaməsində Azərbaycanın narazılığına səbəb olan məqamların qarşıdakı Brüssel sammitində qəbul olunacaq bəyannamədə nəzərə alınıb-alınmayacağı ilə bağlı sualına cavabında deyib.

Qeyd edək ki, Riqa bəyannaməsinin mətni ilə bağlı əsas irad ondan ibarət idi ki, orada Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll edilməli olduğu göstərilməmişdi.

“Şərq tərəfdaşlığı”nın Riqada keçirilmiş sammitini xatırladan Y.Han qeyd edib ki, fikir ayrılıqlarının olmaması üçün hər kəs keçmiş sammitdən dərs götürməlidir: “Mümkün olduğu qədər qarşıdurmadan qaçmağı və vətəndaşların fundamental maraqlarına cavab verən konkret nəticələr üzərində diqqəti cəmləməyi tövsiyə edirəm”.

Onun sözlərinə görə, bəyannamə üzrə danışıqlar altı ölkə ilə aparılır: “Ümid edirəm ki, bəyannamə noyabrın ortalarınadək qəbul olunacaq”.

Y.Han onu da əlavə edib ki, problemlər əvvəlki sammitlərdən qalıb: “Bu, yaxşı məlumdur. Biz bu bəyannamə vasitəsilə bu cür münaqişələri və problemləri həll etməyəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti