...

Azərbaycan və Özbəkistan səmərəli tərəfdaşlığın inkişafı məsələlərini müzakirə edib

Siyasət Materials 4 Noyabr 2017 11:33 (UTC +04:00)
Özbəkistan prezidenti Şavkat Mirziyayev Azərbaycan baş nazirinin müavini Yaqub Əyyubovla və Qırğızıstanın baş naziri Sapar İsakovla ikitərəfli görüşlər keçirib
Azərbaycan və Özbəkistan səmərəli tərəfdaşlığın inkişafı məsələlərini müzakirə edib

Daşkənd. Diana Əliyeva - Trend:

Özbəkistan prezidenti Şavkat Mirziyayev Azərbaycan baş nazirinin müavini Yaqub Əyyubovla və Qırğızıstanın baş naziri Sapar İsakovla ikitərəfli görüşlər keçirib.

Trend bu barədə Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir.

Özbəkistan prezidentinin Y.Eyyubovla görüşü zamanı ticarət, enerji, nəqliyyat və tranzit sahələrində, eləcə də digər prioritet istiqamətlərdə Özbəkistan-Azərbaycan səmərəli tərəfdaşlığının inkişafı məsələləri müzakirə olunub.

Bundan başqa, qarşıdan gələn yüksək səviyyəli ikitərəfli görüşlərin gündəliyinin hazırlanmasının vacibliyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti