...

Ərdoğan və Putin Dağlıq Qarabağ münaqişəsini müzakirə edə bilərlər

Siyasət Materials 13 Noyabr 2017 16:00 (UTC +04:00)
Türkiyə və Rusiya arasında danışıqların əsas mövzusu Suriyada cari vəziyyətin müzakirəsi olacaq.
Ərdoğan və Putin Dağlıq Qarabağ münaqişəsini müzakirə edə bilərlər

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə və Rusiya arasında danışıqların əsas mövzusu Suriyada cari vəziyyətin müzakirəsi olacaq.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri ərəfəsində deyib.

Dövlət başçısı səfəri çərçivəsində görüşlər zamanı regional, həmçinin energetika məsələlərinin müzakirə ediləcəyini bildirib:

"Türkiyə və Rusiya bütün sahələrdə münasibətləri möhkəmləndirmək niyyətindədirlər".

R.T.Ərdoğan vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya Prezidenti Vladimir Putinlə görüşünün gündəliyində ola bilər: "Bu məsələ Putinlə ikitərəfli görüşdə müzakirə edilə bilər".

Qeyd edək ki, Rusiya və Türkiyə liderləri Soçidə görüşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti